Bakıda 14 yaşadək cüdoçular arasında Liqa yarışının II turu yekunlaşıb

Bakıda 14 yaşadək cüdoçular arasında Liqa yarışının II turu yekunlaşıb

Bakıda keçirilən 14 yaşadək cüdoçular arasında Liqa yarışının II turu başa çatıb.

QELEBE.AZ xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirdə 89 klub və idman cəmiyyətindən 529 idmançı (437 oğlan, 92 qız) mübarizə aparıb.

Son yarış günündə daha 9 çəkidə medalçılar bəlli olub.

Oğlanlar

42 kq

1. İbrahim Həsənli (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

2. Əli Abbaslı (Neftçi İK)

3. Ömər Səlimli (Mingəçevir UGİM), İmran Məlikov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

50 kq

1. Ömər Allahverdiyev (RKİM)

2. Mehdi Quliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Onur Süleymanlı (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ), Sənan Mirzəzadə (Arifoğlu İK)

60 kq

1. Süleyman Məmmədov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

2. Muhammədəli Mustafa (Metallurq Gəncə)

3. İzzət Əliyev (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM), 3. Ramal Məmmədli (Rinat İK)

73 kq

1. Kərim Məmmədov (Ordu İdman Klubu)

2. Fərid Xəlilli (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

3. Amin Babazadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ), Miryasin Seyidli (Judo Club 2020 İK)

+73 kq

1. Rəsul Qasımov (Kürdəxanı Cüdo Klub)

2. Yelmar Quliyev (Zabrat İK)

3. Yusif Məmmədli (Saray İK), Salman Musayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

Qızlar

40 kq

1. Nərgiz Fərzəliyeva (RKİM)

2. Zəhra Yusifova (Qubadlı)

3. Zümrüd Quliyeva (Neftçi Sumqayıt), Ayan Məmmədli (RKİM)

48 kq

1. Mələk Vəliyeva (Qədiroğlu İK)

2. Humay Eyvazova (Şuşa UGİM)

3. Türkan Əlizadə (Judo Club 2012), İlknur Rəhimli (İOEUGİM Sumqayıt)

57 kq

1. Jasmin Mirzəbalayeva (İOEUGİM Sumqayıt)

2. Selcan Feyziyeva (Mərdəkan Cüdo club)

3. Nuray Qafarzadə (Şah Cüdo İdman Klubu), 3. Gülay Nəsirova (Mingəçevir UGİM)

70 kq

1. Duyğu İsmayılova (İstək İK)

2. Elvina İlyasova (Neftçi İK)

Qeyd edək ki, cari ildə U-14 Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar idmançıların reytinq cədvəlinin formalaşmasına önəmli rol oynayacaq.