Yay transfer bombası: Elvin Cəfərquliyev “Neftçi”yə keçir?
“Qarabağ”da növbəti ayrılığın yaşanacağı gözlənilir.
QELEBE.AZ saytının əldə etdiyi məlumata görə, klub 2-ci komandaya göndərilən Elvin Cəfərquliyevlə yollarını birdəfəlik ayırmağa yaxındır.
Futbolçunun nizam-intizam problemləri Qurban Qurbanovu özündən çıxarıb. Nəticədə müdafiəçi əvəzedici heyətə göndərilib.
Məlum olduğu kimi, onun xidmətində Avropanın bir sıra klubları maraqlıdır. Elvini həm də Azərbaycandan istəyən klub var. “Neftçi” Cəfərquliyevlə yaxından maraqlanır.
“Ağ-qaralar” qış transfer dönəmindən futbolçunu diqqətə alıb. Lakin onun Ağdam klubunda əsas heyət oyunçusu olması və 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləsi səbəbilə keçid baş tutmayıb.
Lakin hazırkı durum “Neftçi”nin yenidən hərəkətə keçməsinə səbəb olub. “Qarabağ”da gözdən çıxarılan Elvin üçün Bakı təmsilçisi yayda təklif göndərməyə hazırlaşır.
Transferdə onun Emin Mahmudovla yaxın münasibətdə olması da əsas rol oynaya bilər.
Qeyd edək ki, “Keşlə”nin yetirməsi 2019-cu ilin yayından “Qarabağ”da çıxış edir.

https://mail.qalaba.az//uploads/photo/yay-transfer-bombasi-elvin-ceferquliyev-neftchiye-kechir.webp