AFFA “Qarabağ” və “Sabah”ı da CƏRİMƏLƏYİB
AFFA “Qarabağ” və “Sabah” klublarını cərimələnib.
QELEBE.AZ xəbər verir ki, qərarı qurumun İntizam Komitəsi çıxarıb.
Cəzalar Misli Premyer Liqasının XXVIII turunda keçirilən “Qarabağ” – “Sabah” oyununda baş verən hadisələrlə bağlı tətbiq olunub.
Oyundan sonra “Qarabağ” azarkeşlərinin olduğu sektordan meydana kənar şəxslər daxil olduğuna görə klub 5000 manat cərimə edilib.
“Sabah” komandasında 6 futbolçunun sarı vərəqə almasına görə klub 700 manat cərimələnib.
Bundan başqa, “Sabah”ın futbolçusu Abdulax Xaybulayev ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alıb və 2 oyunluq cəzalanıb. Klub isə buna görə 1000 manat cərimə olunub.
Oyundan sonra “Sabah” azarkeşlərinin olduğu sektordan da meydana kənar şəxslər daxil olduğuna görə klub əlavə 5000 manat cərimə edilib.

https://mail.qalaba.az//uploads/photo/affa-qarabag-ve-sabahi-da-cerimeleyib.webp