“Liverpul” yeni məşqçisini tapdı – Slot gedir
İngiltərənin “Liverpul” klubu yayda baş məşqçi dəyişikliyinə hazırlaşır.
Apasport.az xəbər verir ki, mersisaydlılar gələn mövsüm komandanın sükanı arxasına Andoni İraolanı gətirməyi planlaşdırır.
Məlumata görə, Arne Slot mövsümün sonunda vəzifəsindən azad ediləcək. Klub rəhbərliyi artıq onun əvəzləyicisi kimi hazırda "Bornmut"u çalışdıran İraolanı əsas namizəd kimi müəyyənləşdirib. İraola daha əvvəlki açıqlamasında mövsümün sonunda "Bornmut"dan ayrılacağını açıqlayıb.
İspaniyalı mütəxəssis son illərdə Premyer Liqada göstərdiyi uğurlu nəticələrlə diqqət mərkəzinə düşüb. “Liverpul” rəhbərliyinin də məhz buna görə məşqçi seçimində onun üzərində dayandığı bildirilir.

https://mail.qalaba.az//uploads/photo/liverpul-yeni-meshqchisini-tapdi-slot-gedir.webp