"Coppa İtalia" : "İnter" - "Latsio" finalı izləyəcəyik
Futbol üzrə İtaliya Kubokunda növbəti yarımfinal oyunu baş tutub.
QELEBE.AZ xəbər verir ki, "Atalanta" və "Latsio" 2:2-nin revanşında bu dəfə Berqamoda üz-üzə gəliblər.
Oyunun əsas vaxtında yenə qalib müəyyənləşməyib: 1:1.
Uzatma dəqiqələrində də hesab dəyişməyib və qalib oyunsonrası penalti seriyasında bəlli olub.
Burda daha dəqiq oynayan "Latsio" adını finala yazdırıb: 1:2.
Roma təmsilçisinin finaldakı rəqibi ötən gün "Komo"nu 3:2 məğlub etmiş "İnter" olacaq.

https://mail.qalaba.az//uploads/photo/quotcoppa-italiaquot-quotinterquot-quotlatsioquot-finali-izleyeceyik.webp