"Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA

"Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA

"Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Anderson komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, o, " Mançester Yunayted"in maraq dairəsinə düşüb.

Orta xətt oyunçusu "mankunianlar"ın əsas transfer hədəflərindən biridir.

Lakin "meşəçilər"in planı bəllidir. Klub futbolçunu 125 milyon funt-sterlinqdən (təxminən 144 milyon avro) aşağı qiymətə satmağı düşünmür.

Qeyd edək ki, "Nyukasl"ın yetirməsi olan Elliot 2024-cü ilin yayından "Nottingem"də çıxış edir.