Dünya çempionatında Azərbaycan karateçilərindən iki medal
Türkiyənin İstanbul şəhərində təşkil olunmuş Şotokan karate üzrə dünya çempionatı başa çatıb.
QELEBE.AZ xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Ülvi Məmmədov fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
O, böyüklər arasında 84 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Veteranlar (35-45 yaş) kateqoriyasında isə Elnur Əliyev aktivimizə daha bir medal yazdırıb. Elnur bütün rəqiblərini üstələyərək qızıl medalın sahibi olub.

https://mail.qalaba.az//uploads/photo/dunya-chempionatinda-azerbaycan-karatechilerinden-iki-medal.webp