Azərbaycan millisi dünya reytinqində lider oldu
Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəlib.
QELEBE.AZ xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, Dünya Minifutbol Federasiyası (WMF) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Siyahının ilk pilləsində son dünya çempionatının qalibi olan Azərbaycan millisi qərarlaşıb.
Hesabında 4 085 xal olan Elşad Quliyevin rəhbərlik etdiyi komanda tarixində ilk dəfə bu uğura imza atıb.
Reytinq cədvəlinin ikinci pilləsində 3 890 xalla son Avropa çempionu Serbiya yer alır. İlk üçlüyü isə 3 385 xalla Rumıniya komandası tamamlayır.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-millisi-dunya-reytinqinde-lider-oldu.webp