Domeniko Tedesko: "Müqavilənin uzadılması ilə bağlı danışıqlar aparırdıq..."
"Fənərbaxça" baş məşqçisi Domeniko Tedesko ilə yollarını ayırıb.
QELEBE.AZ xəbər verir ki, mütəxəssis ayrılığın ardından almaniya mətbuatına açıqlama verib.
O, istefaya göndəriləcəyini gözləmədiyini bildirib:
"Müqavilənin uzadılması ilə bağlı danışıqlar aparırdıq. Lakin bu mövsüm ərzində alınan ikinci məğlubiyyətdən sonra yollarımızı ayırdıq. Bu, futbolun nə qədər sürətli hala gəldiyi bir daha göstərir. Mən vəzifəyə gətiriləndə davamlılığı olan bir şey inşa etməyi hədəfləmişdik. Keçmişdə yaşanankardan fərqli yanaşma gözləyirdik".
Qeyd edək ki, Tedesko "sarı-lacivərdlilər"ə mövsümün əvvəlindən rəhbərlik edirdi.

https://mail.qalaba.az//uploads/photo/domeniko-tedesko-quotmuqavilenin-uzadilmasi-ile-bagli-danishiqlar-aparirdiqquot.webp