DÇ-2026: Şotlandiya millisinin heyəti bəlli oldu: Robertson və dostları sürpriz axtarışında
Şotlandiya millisinin DÇ-2026 üçün heyəti bəlli olub.
Apasport.az xəbər verir ki, bunu ölkənin futbol federasiyası açıqlayıb.
Qapıçılar: Kreyq Qordon (“Harts”), Anqus Qann (“Nottingem Forest”), Liam Kelli (“Reyncers”);
Müdafiəçilər: Qrant Henli (“Hibernian”), Cek Hendri (“Əl-İttifaq”), Aaron Hikki (“Brentford”), Dominik Hayam (“Reksem”), Skott Makenna (“Dinamo” Zaqreb), Natan Patterson (“Everton”), Entoni Ralston (“Seltik”), Endi Robertson (“Liverpul”), Con Suttar (“Reyncers”), Kiran Tirni (“Seltik”);
Yarımmüdafiəçilər: Rayan Kristi (“Bornmut”), Findli Körtis (“Kilmarnok”), Lyuis Ferqyuson (“Bolonya”), Ben Douk (“Bornmut”), Billi Gilmor (“Napoli”), Con Makginn (“Aston Villa”), Kenni Maklin (“Norviç Siti”), Skott Maktominey (“Napoli”);
Hücumçular: Çe Adams (“Torino”), Lindon Dayks (“Çarlton Atletik”), Corc Hirst (“İpsviç Taun”), Lourens Şanklend (“Harts”), Ross Stüart (“Sauthempton”).
Qeyd edək ki, Şotlandiya millisi DÇ-2026-nın C qrupunda Braziliya, Mərakeş və Haiti yığmaları ilə qarşılaşacaq.

https://mail.qalaba.az//uploads/photo/dch-2026-shotlandiya-millisinin-heyeti-belli-oldu-robertson-ve-dostlari-surpriz-axtarishinda.webp