Premyer Liqa: "Səbail" "Zirə"ni məğlub edib

Premyer Liqa: "Səbail" "Zirə"ni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, günün ilk matçında "Səbail" "Zirə"ni qəbul edib.

"ASCO Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Dənizçilər"in heyətində 48-ci dəqiqədə David Qomis, 78-ci dəqiqədə Mirabdulla Abbasov fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Səbail" 7-ci pillədəki "Şamaxı"ya çatıb. "Qartallar" isə 32 xalla 4-cü sıradadır.

Qeyd edək ki, günün ikinci görüşündə "Sumqayıt" "Şamaxı"nı sınağa çəkəcək. Turun əvvəlki oyunlarında “Qəbələ” ilə “Neftçi” qolsuz bərabərə qalıblar, “Turan Tovuz” “Kəpəz”ə (2:0) qalib gəlibsə, “Qarabağ” - “Sabah” görüşündə heç-heçə qeydə alınıb - 1:1.

13:47

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunda üz-üzə gələcək "Səbail" və "Zirə"nin start heyətləri bəlli olub.

“QELEBE.AZ”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Səbail”: 1. Emil Balayev (k) 2. Adil Nağıyev 6. Cabir Əmirli 8. Elmir Tağıyev 22. Samir Abdullayev 11. Qoba Zakpa 99. David Qomis 30. Franko Mazurek 5. Petro Stasyuk 23. Qustavo de Fransa 4. Maksim Çex

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev 9. Mirabdulla Abbasov 15. Vüqar Həsənov 3. Turan Manafov 17. Rafael Məhərrəmli 55. Nihad Qurbanlı 77. Ədilxan Qarəhmədov 20. Mirəli Əhmədov 27. Emil Martinov 88. Matiya Lyuyiç

Baş məşqçi: Şahin Diniyev

“Zirə”: 41. Anar Nəzirov 91. Coşqun Diniyev 10. Rəhim Sadıxov 32. Qismət Alıyev (k) 2. Sertan Taşkın 96. Donald Gerye 9. Loris Broqno 47. Mohamed Hamdaui 23. Andriya Lukoviç 14. Hamidu Keyta 5. Moiz Adileu

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 22. Nail Alışov 77. Mirsayib Abbasov 18. Slavik Alxasov 21. Hacıağa Hacılı 11. Rüstəm Əhmədzadə 66. Pərviz Azadov 38. Ramiz Səmədov 70. İssa Cibrila 17. Toni Qomes

Baş məşqçi: Rəşad Sadıqov

Qeyd edək ki, bu gün "ASCO Arena"da oynanılacaq qarşılaşma saat 15:00-da başlayacaq.

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun vacibdir"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyun vacibdir"

Futbol
DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

DÇ-2022: İngiltərə millisinin yekun heyəti bəlli olub

Futbol
"Fənərbağça"nın istədiyi futbolçu "Trabzonspor"a keçib

"Fənərbağça"nın istədiyi futbolçu "Trabzonspor"a keçib

Futbol
Azərbaycan millisi Qazaxıstanla oyunda hesabı açıb

Azərbaycan millisi Qazaxıstanla oyunda hesabı açıb

Futbol
Modriç millidə oynamağa davam edəcəyini bildirib

Modriç millidə oynamağa davam edəcəyini bildirib

Futbol
Qaret Beyl peşəkar karyerasını başa vurub

Qaret Beyl peşəkar karyerasını başa vurub

Futbol
"Mançester Yunayted" "Bornmut"u məğlub edib

"Mançester Yunayted" "Bornmut"u məğlub edib

Futbol
Qurban Qurbanov: “Gent" ciddi rəqibdir”

Qurban Qurbanov: “Gent" ciddi rəqibdir”

Futbol
"Qarabağ" UEFA-nın klub reytinqində 4 pillə irəliləyib

"Qarabağ" UEFA-nın klub reytinqində 4 pillə irəliləyib

Futbol
"Neftçi" xorvatiyalı qapıçıya yeni müqavilə təklif edəcək

"Neftçi" xorvatiyalı qapıçıya yeni müqavilə təklif edəcək

Futbol
Tyerri Anri Belçika yığmasını Azərbaycanla oyuna çıxara bilər

Tyerri Anri Belçika yığmasını Azərbaycanla oyuna çıxara bilər

Futbol
"Sabah"ın yeni transferi Ukrayna millisinə çağırılıb

"Sabah"ın yeni transferi Ukrayna millisinə çağırılıb