"Qarabağ" - "Gent" oyununun hakimləri açıqlanıb
Bakıda "Qarabağ" və Belçikanın "Gent" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.
"Report"un məlumatına görə, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Mohammed Al-Hakimə Fredrik Klyver və Robin Vilde laynsmanlar qismində köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını Bojan Pandzic yerinə yetirəcək.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.

https://mail.qalaba.az//uploads/photo/qarabag-gent-oyununun-hakimleri-achiqlanib.webp











