Premyer Liqada ayrılıq: Bissuma “Tottenhem”dən getdi
“Tottenhem” futbolçusu İv Bissuma ilə yollarını ayırıb.
QELEBE.AZ xəbər verir ki, London klubunun mətbuat xidməti malili yarımmüdafiəçinin komandadan ayrıldığını açıqlayıb.
29 yaşlı futbolçu 2022-ci ildən “Tottenhem”in formasını geyinirdi.
O, London təmsilçisinə “Brayton”dan transfer olunmuşdu.
Qeyd edək ki, Bissumanın adı bir müddət “Fənərbaxça” ilə hallanmışdı. Malili futbolçunun karyerasını Türkiyədə davam etdirə biləcəyi iddia olunurdu.

https://mail.qalaba.az//uploads/photo/premyer-liqada-ayriliq-bissuma-tottenhemden-getdi.webp