Futboldan ömürlük kənarlaşdırılan federasiya prezidentinin cəzası ləğv edilib
İdman Arbitraj Məhkəməsi (CAS) təcavüzə görə ömürlük diskvalifikasiya alan Haiti Futbol Federasiyasının (FHF) sabiq prezidenti İv Jan-Bartın cəzasını ləğv edib.
"QELEBE.AZ"un CAS-ın rəsmi saytına istinadən məlumatına görə, funksionerin qərardan verdiyi apellyasiya şikayəti təmin olunub.
Məhkəmə FIFA-nın təqdim etdiyi dəlillərdə uyğunsuzluq aşkarlayıb, zərərçəkmişlər və şahidlərin ifadələrində qeyri-dəqiqliklər qeydə alınıb. Bu səbəbdən qurum sübutların yetərli olmadığı qənaətinə gəlib.
Qeyd edək ki, FIFA 2020-ci ilin noyabrında İv Jan-Bartın futbolla əlaqəli bütün fəaliyyətlərinə qadağa qoyub.

https://mail.qalaba.az//uploads/photo/futboldan-omurluk-kenarlashdirilan-federasiya-prezidentinin-cezasi-legv-edilib.webp











