Belçikanın antirekordu – 32 ildən sonra ən pis göstərici
Belçika millisi DÇ-2026-da növbəti oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, Rudi Qarsiyanın baş məşqçisi olduğu komanda G qrupunun II turunda İranla qarşılaşıb.
Görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Belçika millisi matç ərzində rəqib qapısına 23 zərbə endirsə də, fərqlənə bilməyib. Bu, komandanın dünya çempionatlarında 1994-cü ildən bəri ən pis göstəricisidir.
Qeyd edək ki, belçikalılar sonuncu dəfə 1994-cü il mundialında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzduqları görüşdə 28 zərbə vurub, qol sevinci yaşaya bilməmişdilər.

https://mail.qalaba.az//uploads/photo/belchikanin-antirekordu-32-ilden-sonra-en-pis-gosterici.webp