Əli Daei Tehran rejiminin qadağası səbəbindən FIFA-nın tədbirinə qatıla bilməyəcək

Əli Daei Tehran rejiminin qadağası səbəbindən FIFA-nın tədbirinə qatıla bilməyəcək

Dünyanın tanınmış futbolçusu, İran millisi keçmiş ulduzu, Güney Azərbaycanın tanınmış ictimai xadimi Əli Daei hakimiyyətin tətbiq etdiyi komendant saatına görə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) “Best Awards” mükafatının təqdimetmə mərasimində iştirak edə bilməyəcək.

“Report” xəbər verir ki, məlumatı “RadioFarda” yayıb.

Bildirilib ki, FIFA Əli Daeini ilin ən yaxşı oyunçusuna mükafatın təqdim olunması mərasiminə rəsmi dəvət edib. Ancaq Tehran rejiminin tətbiq etdiyi qadağalara əsasən, Əli Daei ölkəni tərk edə bilməz. Bu problem hələ də həll olunmayıb. Ona görə də İran futbolu üçün əvəzsiz xidməti olmuş keçmiş hücumçu FIFA-nın tədbirinə qatıla bilməyəcək.

Xatırladaq ki, ölkədəki etirazlara dəstək verdiyi üçün İran təhlükəsizlik xidmətləri 2022-ci il oktyabr ayının əvvəllərində onun pasportunu müsadirə edib. İstanbuldan Tehrana qayıdan Əli Daeiyə İran ərazisindən çıxmasının qadağan olunduğu bildirilib.

Qeyd edək ki, FIFA-nın tədbiri fevralın 27-də Fransanın paytaxtı Parisdə keçiriləcək.

Xatırladaq ki, Əli Daei 1969-cu il martın 21-də Güney Azərbaycanın Ərdəbil şəhərinin Xeyral məhəlləsində anadan olub. O, milli yığmalar arasında keçirilən beynəlxalq görüşlərdə braziliyalı Pele, argentinalı Maradona və macar Puşkaş kimi futbol korifeylərindən daha çox qol vurub (109 qol). Əli Daei İran milli futbol komandasının və İran (“İstiqlal”, “Persepolis”, “Saypa” və b.), Qətər (“Əl-Sədd”), BƏƏ (“Əl-Şəbab”), və Almaniyanın (“Arminiya”, “Bayern Münhen”, “Herta”) bir çox futbol komandalarının heyətində çıxış edib.

Əli Daei 1999-cu ildə Almaniya çempionu, həmin il Çempionlar liqasının finalçısı, 1998-ci ildə Asiya oyunlarının qəhrəmanı, 1996 və 2004-cü illərdə Asiya kubokunun bürünc mükafatçısı olub. 1996 və 2004-cü illərdə dünyanın ən yaxşı bombardiri seçilən əfsanəvi oyunçu bir neçə başqa nailiyyətlərə də imza atıb.

Əli Daei UNİCEF-in xoşməramlı səfiridir.

Futbol
“Kəpəz”in gürcüstanlı futbolçusu: “Hakimin yanlış qərarı bizi yarımfinaldan məhrum etdi”

“Kəpəz”in gürcüstanlı futbolçusu: “Hakimin yanlış qərarı bizi yarımfinaldan məhrum etdi”

Futbol
"Qarabağ" komandası 3 rekorda imza atıb

"Qarabağ" komandası 3 rekorda imza atıb

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq

Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq

Futbol
Azərbaycanlı futbolçu dünya reytinqində ilk “10-luq”dan kənarda qalıb

Azərbaycanlı futbolçu dünya reytinqində ilk “10-luq”dan kənarda qalıb

Futbol
Riad Rəfiyev: “Azərbaycanəsilli futbolçuya milliləşdirilmiş deməyin tərəfdarı deyiləm”

Riad Rəfiyev: “Azərbaycanəsilli futbolçuya milliləşdirilmiş deməyin tərəfdarı deyiləm”

Futbol
"Qarabağ"ın rəqibi yenə qələbəyə həsrət qalıb

"Qarabağ"ın rəqibi yenə qələbəyə həsrət qalıb

Futbol
Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb

Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb

Futbol
"Kəpəz" braziliyalı futbolçunu transfer edib

"Kəpəz" braziliyalı futbolçunu transfer edib

Futbol
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub, Türkiyə 4 pillə irəliləyib

UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub, Türkiyə 4 pillə irəliləyib

Futbol
Messi: “Bəhanəmiz yoxdur"

Messi: “Bəhanəmiz yoxdur"

Futbol
Qətərdəki dünya çempionatında ilk dəfə qırmızı vərəqə göstərilib

Qətərdəki dünya çempionatında ilk dəfə qırmızı vərəqə göstərilib

Futbol
Şahruddin Məhəmmədəliyev: "Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik"

Şahruddin Məhəmmədəliyev: "Şəhidlərə görə qələbəyə tam sevinə bilmirik"