DÇ-26: Fransa növbəti qələbə arzusunda - Heyətlər - YENİLƏNİR

DÇ-26: Fransa növbəti qələbə arzusunda - Heyətlər - YENİLƏNİR

2026-cı il dünya çempionatında I qrupunun II turunun oyunları keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, turun maraqlı görüşlərindən birində Fransa millisi İraqla qarşılaşacaq.

Matç bu gün Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Fransa mundiala qələbə ilə start verib. Didye Deşamın komandası ilk turda Seneqalı 3:1 hesabı ilə məğlub edib. İraq isə Norveçə 1:4 hesabı ilə uduzub.

Qeyd edək ki, I qrupunun digər oyununda Norveç Seneqalla üz-üzə gələcək.

Dünya çempionatı
I qrupu, II tur
23 iyun

01:00. Fransa – İraq

Fransa: Menyan, Kunde, Upamekano, Saliba, Din, Kone, Rabyo, Olize, Dembele, Barkola, Mbappe

İraq: Basil, Doski, Haşim, Tahsin, Ali, İsmayıl, Əl-Ammari, Qasem, İqbal, Bayeş, Əymən Hüseyn.