IJF Akademiyasının proqramında iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub

IJF Akademiyasının proqramında iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub

Beynəlxalq Cüdo Federasiyasının (IJF) Akademiyasının məşqçi sertifikat proqramında iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub.

Azərbaycan Cüdo Federasiyasından (ACF) "QELEBE.AZ"a verilən məlumata görə, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, vitse-prezident Zemfira Meftahətdinova, ACF-in vitse-prezidenti Elnur Məmmədli və IJF Akademiyasının direktoru Envik Qalea məşqçilərə Beynəlxalq Olimpiya Komitəsinin iştirakçı sertifikatlarını təqdim ediblər.

Daha sonra Elnur Məmmədli tərəfindən proqramın həyata keçirilməsində göstərilən dəstəyə görə Milli Olimpiya Komitəsinə, IJF Akademiyasına və “Judo Club 2012”yə təşəkkür plaketi təqdim olunub.

ACF-in IJF Akademiyası ilə 2022-ci ilin martında başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən yuxarı cüdo məşqçisi cəlb edilib. Nəzəri imtahanları uğurla başa vuran mütəxəssislər əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar.

Seminar və imtahan IJF Akademiyasının direktoru Envik Qalea, Akademiyanın proqram rəhbəri Dr. Tibor Kozsla, Akademiyanın idman direktoru Daniel Laskau və digər ekspertlər (ümumilikdə 10 ekspert) tərəfindən keçirilir.

Qeyd edək ki, proqram MOK və ACF-in təşkilatçılığı, Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Həmrəyliyi Fondunun maliyyə və IJF-nin texniki dəstəyi ilə baş tutur.

Fərdi
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Fərdi
WKF prezidenti: "Karatenin Los-Anceles olimpiadasına salınması üçün iş gedir"

WKF prezidenti: "Karatenin Los-Anceles olimpiadasına salınması üçün iş gedir"

Fərdi
Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Fərdi
Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır, daha bir taekvondoçu uduzub

Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır, daha bir taekvondoçu uduzub

Fərdi
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Fərdi
Milli Paralimpiya Komitəsində yeni kadr təyinatı olub

Milli Paralimpiya Komitəsində yeni kadr təyinatı olub

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçirəcəklər

Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçirəcəklər

Fərdi
Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub

Zəngilan hava limanının ilk mülki sərnişinləri idmançılar olub

Fərdi
Başından güllə yarası alan atıcılıq üzrə dünya çempionu ölüb

Başından güllə yarası alan atıcılıq üzrə dünya çempionu ölüb

Fərdi
Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Fərdi
Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Fərdi
Azərbaycan parataekvondoçuları Qran-pridə 3 medal qazanıb

Azərbaycan parataekvondoçuları Qran-pridə 3 medal qazanıb