“Kəpəz” “Qəbələ” ilə qarşılaşacaq
Yeni mövsüm üçün hazırlığa başlayan "Kəpəz"in yoxlama oyunlarında üz-üzə gələcəyi ilk rəqib müəyyənləşib.
Apasport.az xəbər verir ki, "sarı-göylər" iyulun 14-də "Qəbələ" ilə qarşılaşacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyun Qəbələ şəhər stadionunda keçiriləcək.

https://mail.qalaba.az//uploads/photo/kepez-qebele-ile-qarshilashacaq.webp