UEFA FIFA-nın Folarin Baloqunla bağlı qərarını pisləyib

UEFA FIFA-nın Folarin Baloqunla bağlı qərarını pisləyib

UEFA bəyanat yayaraq FIFA-nın Folarin Baloqunla bağlı qərarını pisləyib.

QELEBE.AZ xəbər verir ki, Avropanın ali futbol qurumu FIFA-nı ədalətsiz davranışda ittiham edib.

Bildirilib ki, ABŞ-ın futbolçusu Folarin Baloquna göstərilən qırmızı vərəqədən sonra tətbiq edilməli olan avtomatik bir oyunluq cəzanın icrasının bir il sınaq müddəti ilə dayandırılması barədə dünən qəbul edilən qərar “qırmızı xətti” keçib:

“Digər idman növləri kimi, futbol ədalətli, dürüst və şəffaf rəqabətin əsasını təşkil edən qaydalara söykənir. Bəzən qaydalar müxtəlif cür şərh oluna bilər, lakin bu halda belə deyil. Qırmızı vərəqədən sonra minimum bir oyunluq avtomatik cəza diskresion seçim deyil və onun qüvvəyə minməsi üçün səlahiyyətli orqanın ayrıca qərarına ehtiyac yoxdur. Bu, reqlamentdə təsbit olunmuş prinsipdir və istisnalara məruz qala bilməz. Xüsusilə də turnirin ortasında, eyni vəziyyətlə üzləşən bir neçə futbolçunun cəzasını qaydalara uyğun şəkildə çəkdiyi bir vaxtda belə qərar qəbul edilməsi qəbuledilməzdir”.

Bəyanatda qeyd edilib ki, qaydaların dəqiqliyinə onların qoruyucuları tərəfindən zəmanət verilmədikdə, oyunun bütövlüyü sual altına düşür və yarışın nüfuzu zədələnir: “Eyni zamanda, bu qərar davam edən turnirdə presedent yaradır. Bundan sonra oxşar hallar bərabər yanaşma tələb edəcək ki, bu da yarışın zərərinə işləyəcək.

Futbol dünyanın ən sevilən idman növüdür, çünki o, gözəl oyundur. Futbola etimad göstərilməsinin səbəbi isə onun hər yerdə eyni qaydalarla oynanılmasıdır. Heç bir turnir tamamilə ayrı bir hadisə deyil. Söhbət Dünya çempionatından gedirsə, belə yarışın bütövlükdə futbola həm müsbət, həm də mənfi təsir göstərmək gücü var. Biz bu cür misli görünməmiş, anlaşılmaz və əsassız qərarla bağlı təəccübümüzü ifadə edirik”.

Qeyd edək ki, Folarin Baloqun Bosniya və Herseqovina yığmasına qarşı 1/16 final matçında kobud oyuna görə qırmızı vərəqə alıb. Qaydalara görə, o, Belçikaya qarşı 1/8 final matçını buraxmalı idi. Lakin FIFA ABŞ millisinin hücumçusunun diskvalifikasiyasını şərti olaraq dayandırıb və Baloqunun Belçikaya qarşı oyunda iştirakına icazə verilib. ABŞ Prezidenti Donald Tramp isə FIFA-ya Baloqunun cəzasının ləğvi ilə bağlı qərarına görə təşəkkür edib.

Futbol
"Neftçi" ilə oyun "Sabah" üçün iki yubileylə əlamətdar olub

"Neftçi" ilə oyun "Sabah" üçün iki yubileylə əlamətdar olub

Futbol
“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

Futbol
“Mançester Yunayted” Enzo Fernandesi transfer etmək üçün 120 milyon avro ödəməyə hazırdır

“Mançester Yunayted” Enzo Fernandesi transfer etmək üçün 120 milyon avro ödəməyə hazırdır

Futbol
Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Canni De Byazi: "Millidə uğur qazanmaq üçün əlimdən gələni edirəm"

Futbol
DÇ-2022: İspaniya Almaniya qarşılaşması heç-heçə bitib

DÇ-2022: İspaniya Almaniya qarşılaşması heç-heçə bitib

Futbol
Taleyi öz əlində olan “Qarabağ”: Uğursuz seriyaya son qoyulacaqmı? – ŞƏRH

Taleyi öz əlində olan “Qarabağ”: Uğursuz seriyaya son qoyulacaqmı? – ŞƏRH

Futbol
UEFA Qara Qarayevi təbrik edib

UEFA Qara Qarayevi təbrik edib

Futbol
“Frayburq”un baş məşqçisi: “Bəxtimiz gətirdi”

“Frayburq”un baş məşqçisi: “Bəxtimiz gətirdi”

Futbol
Tanınmış mütəxəssis "Olimpiakos"un baş məşqçisi ola bilər

Tanınmış mütəxəssis "Olimpiakos"un baş məşqçisi ola bilər

Futbol
Prezidentin köməkçisi "Qarabağ"ın oyununu alqışlayıb

Prezidentin köməkçisi "Qarabağ"ın oyununu alqışlayıb

Futbol
"Barselona" səfər oyununda "Atletiko Madrid"i məğlub edib

"Barselona" səfər oyununda "Atletiko Madrid"i məğlub edib

Futbol
Mahir Emrelinin "Dinamo"dakı taleyi xorvatiyalı hücumçudan asılıdır

Mahir Emrelinin "Dinamo"dakı taleyi xorvatiyalı hücumçudan asılıdır