Azərbaycan boksçuları Rumıniyada beynəlxalq turnirdə mübarizə aparacaqlar

Azərbaycan boksçuları Rumıniyada beynəlxalq turnirdə mübarizə aparacaqlar

Fevralın 22-də Rumıniyanın Arad şəhərində gənc və yeniyetmə boksçular arasında beynəlxalq turnir start götürəcək.

Azərbaycan Boks Federasiyasından “Report”a verilən məlumata görə, 6 gün davam edəcək yarışda Azərbaycan milli komandaları 34 idmançı ilə təmsil olunacaq.

Gənc boksçuların mübarizəsində rinqə baş məşqçi Elbrus Rzayev, məşqçilər Elvin Məmişzadə və Ceyhun Əbiyevin rəhbərliyi altında Rauf Məmmədov, Ramal Yolçuyev (hər ikisi 48 kq), Sübhan Məmmədov (51 kq), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 54 kq), Məhəmmədəli Aşurəliyev, Məhəmmədəli Qasımzadə (hər ikisi 57 kq), Nadir Məlikov, Nəsir Səyyad (hər ikisi 60 kq), Aslan Quliyev (63,5 kq), Ziya Həsənov (71 kq), Fərhad Şeydayev (75 kq), İlfan Xəlilli (80 kq), İsmayıl İsmayılov (86 kq), Səbuhi Əlizadə (92 kq) və Həsən Sadıqzadə (+92 kq) çıxacaqlar.

Aradda yeniyetmələrdən ibarət yığmaya isə baş məşqçi Vaqif Kazımov və məşqçi Teymur Məmmədov rəhbərlik edəcək. Onlar turnirdə Bilalhəbəşi Nəzərov, Əli Baxışov (hər ikisi 46 kq), Sübhan Babayev (48 kq), Faiq Mollayev, Bağır Əmirxanlı (hər ikisi 50 kq), Eldar Abdullazadə, Raul Əsədullayev (hər ikisi 52 kq), Elbrus Kərimli (54 kq), Orucəli Cavadzadə, Vaqif Hacıyev (hər ikisi 57 kq), İbrahim Mirhəsən (60 kq), Kənan Aslanlı Tərlan Əhmədov (hər ikisi 63 kq), Rüstəm Neymətov, Rövşən Abbasov (hər ikisi 66 kq), Kənan İsayev, Hüseyn Hüseynli (hər ikisi 70 kq) və İlkin Məmmədliyə (80 kq) şans verəcəklər.

Yarışda ölkəmizi hakim kimi Məsməxanım Səlimova edəcək. Bu gün səfərə yollanan komanda fevralın 27-də Bakıya qayıdacaq.

Qeyd edək ki, turnirdə 25 ölkədən 300-ə qədər boksçunun iştirakı gözlənilir.

Fərdi
Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər

Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər

Fərdi
Rusiya cüdoçularının dünya çempionatına buraxılmayacağı təsdiqlənib

Rusiya cüdoçularının dünya çempionatına buraxılmayacağı təsdiqlənib

Fərdi
Azərbaycanın qadın voleybol millisində baş məşqçi dəyişikliyi ola bilər

Azərbaycanın qadın voleybol millisində baş məşqçi dəyişikliyi ola bilər

Fərdi
Polşada keçiriləcək Avropa Oyunları üçün ikinci maskot təsdiqlənib

Polşada keçiriləcək Avropa Oyunları üçün ikinci maskot təsdiqlənib

Fərdi
Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Fərdi
Dünya yaş qrupları yarışında 4 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Dünya yaş qrupları yarışında 4 medal qazanmış Azərbaycan gimnastları vətənə dönüblər

Fərdi
Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" turnirində mübarizə aparacaq

Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" turnirində mübarizə aparacaq

Fərdi
Avropa Kuboku: "Vüqar Həşimov"dan inamlı qələbə, "Odlar Yurdu" yenə uduzub

Avropa Kuboku: "Vüqar Həşimov"dan inamlı qələbə, "Odlar Yurdu" yenə uduzub

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazanıb

Fərdi
Anatoli Karpov süni tənəffüs aparatına qoşulub

Anatoli Karpov süni tənəffüs aparatına qoşulub

Fərdi
Azərbaycan avarçəkəni Avropa çempionatında 9-cu yeri tutub

Azərbaycan avarçəkəni Avropa çempionatında 9-cu yeri tutub

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ikinci yeri tutub

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ikinci yeri tutub