"Neftçi"nin futbolçusu: "Gent"in "Qarabağ"a qol vurmamağına təəssüflənirəm"

"Neftçi"nin futbolçusu: "Gent"in "Qarabağ"a qol vurmamağına təəssüflənirəm"

"Gent"in "Qarabağ"a qol vurmadığına görə təəssüflənirəm".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Kenni Sayef Azərbaycan və Belçika təmsilçiləri arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçı barədə "Nieuwsblad" nəşrinə açıqlamasında deyib.

2014-2018-cü illərdə "Gent"in formasını geyinmiş 30 yaşlı yarımmüdafiəçi qarşılaşmadan əvvəl klubun düşərgəsini ziyarət etdiyini bildirib: "Hazırlıq vaxtı oyunçuları narahat etmək istəmədim. Amma baş məşqçi Heyn Vanhazebruku və onun köməkçilərini salamladım. Köməkçi məşqşi Daniel Miliçeviçlə hələ də əlaqəm var. Biz əsl dostuq. Onu yenidən görmək xoş oldu".

Sayef Belçika komandasının ilk görüşdə çox imkanlar əldə etdiyini vurğulayıb: "Qarabağ"a səfərdə 0:1 hesabı ilə uduzmaq pis nəticə deyil. Yunanıstanın "Olimpiakos" və Fransanın "Nant" klubları burada ciddi itki ilə üzləşiblər. "Gent"in hələ də şansı var. Çünki onlar öz azarkeşləri önündə daha çox şey edə bilərlər. Hələ də onlara inanıram və Heyn Vanhazebruka tam güvənirəm. "Gent" azarkeşlərinin dəstəyi ilə çox şey mümkündür. Əvvəllər bir çox güclü komandanı məğlub edəndə mən də orada idim. İndi niyə "Qarabağ"a da qalib gəlməsinlər?"

Yarımmüdafiəçi "Neftçi"dəki çıxışı barədə də danışıb: "Bu, Azərbaycanda böyük klubdur. Burada çox işləyirəm və tənbəl həyatım yoxdur. Son illərdə aldığım zədələrdən sonra karyeramda çox gözəl dövr yaşayıram. Ümid edirəm ki, bir gün Belçikaya qayıdacağam. Artıq 7 qol vurmuşam və 8 məhsuldar ötürmə etmişəm. Mən hamıya sübut etmək istəyirəm ki, formamı bərpa etmişəm. Xoşbəxtlikdən artıq iki ildir ki, sağlamam. Təəssüf ki, liqa matçları üçün stadionlara o qədər də çox azarkeş gəlmir. Bir oyunçu kimi əsl futbol atmosferi üçün darıxırsan. Avrokuboklarda fanatlar çox olur. "Qarabağ"da da belədir".

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında Bakıda keçirilən ilk oyunda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması fevralın 23-də Gentdə baş tutacaq.

Futbol
"Neftçi"də zədəli futbolçuların son durumu açıqlanıb

"Neftçi"də zədəli futbolçuların son durumu açıqlanıb

Futbol
"Neftçi"nin şikayəti təmin olunmayıb

"Neftçi"nin şikayəti təmin olunmayıb

Futbol
"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə III turun oyunları baş tutacaq

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə III turun oyunları baş tutacaq

Futbol
"Qarabağ" və "Qəbələ" azarkeş təhqirlərinə görə cərimələnib

"Qarabağ" və "Qəbələ" azarkeş təhqirlərinə görə cərimələnib

Futbol
PFL rəsmisi "Barselona"nın oyununa təyinat alıb

PFL rəsmisi "Barselona"nın oyununa təyinat alıb

Futbol
Norveçli futbolçu Rusiya klubuna qayıtdığı üçün yığmadan qovulub

Norveçli futbolçu Rusiya klubuna qayıtdığı üçün yığmadan qovulub

Futbol
“Milan” yeni qapıçı ilə anlaşıb

“Milan” yeni qapıçı ilə anlaşıb

Futbol
2022-ci ilin ən çox maaş alan futbolçusu açıqlanıb

2022-ci ilin ən çox maaş alan futbolçusu açıqlanıb

Futbol
“Qarabağ”ın Konfrans Liqası oyunlarında VAR sistemindən istifadə olunacaq

“Qarabağ”ın Konfrans Liqası oyunlarında VAR sistemindən istifadə olunacaq

Futbol
“Turan Tovuz”un yoxlama oyunundakı rəqibi dəyişib

“Turan Tovuz”un yoxlama oyunundakı rəqibi dəyişib

Futbol
"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli olub

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli olub