Kolo Muani rəsmən “Yuventus”da
PSJ-nin hücumçusu Randal Kolo-Muani karyerasını “Yuventus”da davam etdirəcək.
Apasport.az xəbər verir ki, Turin klubu 27 yaşlı Fransa millisinin üzvünün transferini rəsmən açıqlayıb.
Tərəflər arasında 2031-ci ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalanıb.
Razılaşmaya əsasən, “Yuventus” transfer üçün PSJ-yə dörd maliyyə ili ərzində 38 milyon avro ödəyəcək. Müqavilədə 12 milyon avro məbləğində bonus bəndi də yer alıb.
Qeyd edək ki, Kolo-Muani 2025-ci ildə icarə əsasında “Yuventus”un formasını geyinib və 22 oyunda 10 qola imza atıb.

https://mail.qalaba.az//uploads/photo/kolo-muani-resmen-yuventusda.webp