“İnter”in futbolçusu Çempionlar Liqasında rekordu yeniləyib

“İnter”in futbolçusu Çempionlar Liqasında rekordu yeniləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində keçirilən “İnter” (İtaliya) – “Porto” (Portuqaliya) və “Leyptsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə) oyunlarında qeydə alınan maraqlı statistik məqamları dərc edib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, həm bəzi rekordlar qeydə alınıb, həm də seriyalar davam edib.

- “Mançester Siti”nin baş məşqçisi “Leyptsiq”lə matçda əvəzetməyə ehtiyac duymayıb. “Şəhərlilər” 2018-ci ildən bəri bu turnirdə (“Mançester Yunayted” “Yuventus”la oyunda) və 2016-cı ildən etibarən yarışın pley-off mərhələsində (“Barselona” “Arsenal”la qarşılaşmada) dəyişiklik etməyən ilk komanda olub.

- “İnter” 13 ildən sonra ilk dəfə ardıcıl 3 ev matçında qələbə qazanıb. “Neradzurra” qrup mərhələsində İspaniya “Barselona”sı (1:0) və Çexiya “Viktoriya”sını (4:0) öz meydanında üstələyib. Milanlılar axırıncı dəfə Çempionlar Liqasını qazandığı 2009/2010 mövsümündə ardıcıl 4 ev qalibiyyətinə seviniblər.

- “İnter” ÇL-in son 16 pley-off qarşılaşmasında heç-heçə etməyib. Komanda axırıncı dəfə 2009-cu ildə İngiltərə təmsilçisi “Mançester Yunayted”lə bərabərə qalıb.

- “İnter”in hücumçusu Romelu Lukaku qitənin ən nüfuzlu klub turnirində 17-ci qolunu vurub. O, Dris Mertensi (16) qabaqlayaraq, ÇL tarixinin ən məhsuldar belçikalı oyunçusu ünvanını ələ keçirib. Üçüncü pillədəki Kevin De Bruynenin aktivində 12 qol var.

- “Porto”nun müdafiəçisi Pepe Çempionlar Liqasının pley-off mərhələsində səfər oyununa çıxan ən yaşlı üçüncü futbolçudur (39 yaş 361 gün). Bu baxımdan onu yalnız 40 yaşını tamamladıqdan sonra pley-off matçına çıxan iki oyunçu qabaqlayır: 40 yaş 123 günündə Rayan Giqqz (2013/2014 mövsümündə), 40 yaş 2 günündə isə Alessandro Kostakurta (2005/2006) bunu bacarıblar.

- “Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Mahrez “Leyptsiq”lə matçda fərqlənərək, ÇL-də qol sayını 20-yə çatdırıb. Əlcəzairli oyunçu 20 qol həddinə çatan 5-ci afrikalı olub. Siyahıya Məhəmməd Salah və Didye Droqba (44 qol) şərikli liderlik edirlər. Samuel Eto (30) üçüncü, Sadio Mane (27) isə dördüncü pillədədir.

Qeyd edək ki, “İnter” “Porto”nu 1:0 hesabı ilə məğlub edib, “Leyptsiq”lə “Mançester Siti” isə qollu (1:1) bərabərə qalıblar.

Futbol
"Əl Nəsr" klubu Ronaldunu sifariş etmək üçün aparıcı hücumçusu ilə vidalaşıb

"Əl Nəsr" klubu Ronaldunu sifariş etmək üçün aparıcı hücumçusu ilə vidalaşıb

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm ilk dəfə xal itirib

Futbol
Tomas Tuxel "Bavariya"nın baş məşqçisi ola bilər

Tomas Tuxel "Bavariya"nın baş məşqçisi ola bilər

Futbol
"Real Madrid" 2024-cü ildə kanadalı futbolçunu transfer etmək istəyir

"Real Madrid" 2024-cü ildə kanadalı futbolçunu transfer etmək istəyir

Futbol
"Qarabağ" dünya reytinqində geriləyib

"Qarabağ" dünya reytinqində geriləyib

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyundan sonra futbolçularda qəzəb var"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyundan sonra futbolçularda qəzəb var"

Futbol
Mahir Emreli "Milan"a qarşı da oynamayacaq

Mahir Emreli "Milan"a qarşı da oynamayacaq

Futbol
"Kəpəz"in legioneri: "Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var"

"Kəpəz"in legioneri: "Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var"

Futbol
Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
"Real Madrid"in sabiq hücumçusu vəfat edib

"Real Madrid"in sabiq hücumçusu vəfat edib

Futbol
"Neftçi"nin futbolçusu Azərbaycan pasportu alıb

"Neftçi"nin futbolçusu Azərbaycan pasportu alıb

Futbol
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırıb

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırıb