Premyer Liqa: "Səbail" - "Qəbələ" oyununda qalib müəyyənləşməyib

Premyer Liqa: "Səbail" - "Qəbələ" oyununda qalib müəyyənləşməyib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, turun və günün ikinci matçında "Qəbələ" səfərdə "Səbail"lə qarşılaşıb. "ASCO Arena"dakı görüş heç-heçə ilə başa çatıb - 2:2.

Hesabı 20-ci dəqiqədə qonaqlardan Ramon Maçado açıb. 51-ci dəqiqədə "dənizçilər"in hücumçusu Mirabdulla Abbasov tarazlığı bərpa edib. Cəmi 5 dəqiqə sonra Matiya Lyuyiç meydan sahiblərini önə çıxarıb. Görüşdə son nöqtəni isə 70-ci dəqiqədə fərqlənən Maçado qoyub.

Bu nəticədən sonra xallarını 32-ya çatdıran "Qəbələ" 5-ci pillədə qalıb. 17 xalı olan "Səbail" isə 8-ci sıraya yüksəlib.

Qeyd edək ki, XXIV turun açılış matçında "Zirə" səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəlib. Turun "Şamaxı" - "Sabah" və "Sumqayıt" - "Kəpəz" oyunları fevralın 25-də, "Qarabağ" - "Neftçi" görüşü isə fevralın 27-də keçiriləcək.

18:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunda üz-üzə gələcək "Səbail" və "Qəbələ"nin start heyətləri açıqlanıb.

"QELEBE.AZ"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Səbail": 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 22. Samir Abdullayev, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 27. Emil Martinov, 21. Kizito Luvaqa
Baş məşqçi: Şahin Diniyev

"Qəbələ": 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 23. Rafael Utziq, 97. Felipe Santos
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

Qeyd edək ki, "ASCO Arena"da keçriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Futbol
Emin Mahmudov: "Daha yaxşı oynayıb, çox xal yığa bilərdik"

Emin Mahmudov: "Daha yaxşı oynayıb, çox xal yığa bilərdik"

Futbol
Rəşad Sadıqov: "Meydanda amansız mübarizə gedirdi"

Rəşad Sadıqov: "Meydanda amansız mübarizə gedirdi"

Futbol
Pirlo Belçika millisini çalışdıra bilər

Pirlo Belçika millisini çalışdıra bilər

Futbol
"Neftçi" aparıcı legionerini Portuqaliya klubuna satır

"Neftçi" aparıcı legionerini Portuqaliya klubuna satır

Futbol
"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

Futbol
UEFA reytinqi: "Qarabağ" Azərbaycanın xal ehtiyatını artırıb

UEFA reytinqi: "Qarabağ" Azərbaycanın xal ehtiyatını artırıb

Futbol
"Neftçi"nin legioneri: "Kuboku qazanmaq üçün əla şansımız var"

"Neftçi"nin legioneri: "Kuboku qazanmaq üçün əla şansımız var"

Futbol
“Zenit” rəsmisi “Qarabağ” və “Neftçi”nin maraqlandığı futbolçu ilə bağlı açıqlama verib

“Zenit” rəsmisi “Qarabağ” və “Neftçi”nin maraqlandığı futbolçu ilə bağlı açıqlama verib

Futbol
"Sevilya" iki transferi açıqlayıb

"Sevilya" iki transferi açıqlayıb

Futbol
Çempionlar Liqası: "Yuventus" uduzub, "Mançester Siti" azlıqda heç-heçə edib

Çempionlar Liqası: "Yuventus" uduzub, "Mançester Siti" azlıqda heç-heçə edib

Futbol
Aleksander Çeferin yenidən UEFA prezidentliyinə namizəd olacaq

Aleksander Çeferin yenidən UEFA prezidentliyinə namizəd olacaq

Futbol
Azərbaycanın qadın millisi Maltaya qalib gələrək qrupda dördüncü pilləyə yüksəlib

Azərbaycanın qadın millisi Maltaya qalib gələrək qrupda dördüncü pilləyə yüksəlib