Samir Abasov: “Bu cür oynasaq, Premyer Liqanı layiqli şəkildə tərk edəcəyik”

Samir Abasov: “Bu cür oynasaq, Premyer Liqanı layiqli şəkildə tərk edəcəyik”

“Bu cür oynayaraq Premyer Liqanı tərk etsək, deməli, ona layiqik”.

“QELEBE.AZ”un məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Kəpəz”ə 1:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis ilk dəqiqələrdən oyunlarının alınmadığını bildirib: “Bu cür start götürürsənsə, nəticə də belə olacaq. Düzdür, nə məndən əvvəl, nə də mənim dövrümdə həddən artıq yaxşı oyunlarımız olub. Ancaq bu, ən bərbad oyunumuz oldu. Layiqli şəkildə də uduzduq. Matçdan əvvəl danışdıqlarımız hara, meydandakı oyun hara. Rəqibin hansı vəziyyətlərdə qol vura bildiyini danışmışdıq. Amma “Kəpəz” yenə də həmin formada fərqləndi. Son 2-3 dəqiqəni saymıram. Bu, hər komandada olur. Öz meydanında ilk dəqiqələrdən ağırlığını qoya bilmirsənsə, məğlubiyyəti qəbul etməlisən”.

Baş məşqçi oyunçuların həvəssiz olmalarından şikayətlənib: “Adi ötürmələrlə qələbə qazanmağın mümkünlüyünü düşünürüksə, yanılırıq. Ustalığını ortaya qoymalısan. Bizim kimi komanda üçün ustalıqdan danışmaq yersizdir. Ustalığın da yoxdursa, ürəyini ortaya qoymalı, hər topa birinci atılmalısan. Həvəslə də oynamırsansa, nəticə belə olmalıdır. Bugünkü oyunla sonuncu yerdə olmağa layiqik”.

Samir Abasov son vaxtlar tez-tez səhvləri ilə diqqət çəkən qapıçı Aydın Bayramova da xəbərdarlıq edib: “Bu, rəqabətsizlikdən qaynaqlana bilər. Hər mətbuat konfransında qapıçı səhvindən danışırsan, amma hər matçda da qapında bu səhvlərdən qol buraxırsan. Adam karyerasını düşünməlidir. İkinci qolda böyük səhvi var idi. Bərbad oyunumuzu vurğulayırıq. Meydançada digərlərindən bir az normal oynayan da yoxdur. Qapıçı o səhvlərə yol verməsə, bəlkə heç-heçə etmək olardı. Səhvlər sıralandıqca bu cür əziyyətlər çəkirik. Bunun da bir sonu olacaq. Aydından tez özünə gəlməsini gözləyirəm. Bütün məşqçilərin arzusu hər mövqedə rəqabətin olmasıdır. Bizim klublarımızda isə bununla bağlı problem var”.

Futbol
"Nant" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Nant" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
Xorvatiya 1/4 finala yüksəlib

Xorvatiya 1/4 finala yüksəlib

Futbol
UEFA AVRO-2024-ün cədvəlində səhvə yol verdiyini açıqlayıb

UEFA AVRO-2024-ün cədvəlində səhvə yol verdiyini açıqlayıb

Futbol
“Səbail”in neçə futbolçu transfer edəcəyinə aydınlıq gəlib

“Səbail”in neçə futbolçu transfer edəcəyinə aydınlıq gəlib

Futbol
Sinişa Mixayloviç vəfat edib

Sinişa Mixayloviç vəfat edib

Futbol
Konfrans Liqası: "Başakşehir", "Fiorentina" və "Vilyarreal pley-offa çıxıb

Konfrans Liqası: "Başakşehir", "Fiorentina" və "Vilyarreal pley-offa çıxıb

Futbol
Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"

Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"

Futbol
Ronaldo bağışlanılıb

Ronaldo bağışlanılıb

Futbol
AFFA rəsmisi: "I Divizion klublarının hamısı Premyer Liqada iştirak üçün müraciət edib"

AFFA rəsmisi: "I Divizion klublarının hamısı Premyer Liqada iştirak üçün müraciət edib"

Futbol
"Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlanıb

"Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlanıb

Futbol
Azərbaycanın FIFA referiləri təyinat alıb

Azərbaycanın FIFA referiləri təyinat alıb

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib