Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıb
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan təmsilçiləri daha 3 medal əldə ediblər.
QELEBE.AZ xəbər verir ki, M3 yaş kateqoriyasında Şıxrəcəb Şıxmuradov və Əhməd Məmmədov (hər ikisi -73 kq), M4 kateqoriyasında isə Anar Ağayev (-90 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, yarışın ilk günündə Məmmədəli Mehdiyev (-100 kq) qızıl, Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq) və Coşqun Abdullayev (-90 kq) bürünc medala sahib çıxıblar.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-cudochulari-dunya-chempionatinda-daha-3-medal-qazanib.webp