“Formula 1”: Antonelli mübarizəni dayandırdı

“Formula 1”: Antonelli mübarizəni dayandırdı

“Formula 1” üzrə Azərbaycan Qran-prisində sıralama turu davam edir.

Apasport.az saytının məlumatına görə, yürüş "Mercedes" üçün uğursuz start götürüb.

Komandanın pilotu Kimmi Antonelli mübarizəni erkən dayandırıb. Onun bolidi bariyerə çırpılıb.

Həmçinin Valtteri Bottas, Lens Stroll, Serxio Peres, Fernando Alonso, Niko Hülkenberq, Qabriel Bortoleto da mübarizəni dayandırıb. 

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.