"Qəbələ"də yeni təyinatlar

"Qəbələ"də yeni təyinatlar

"Qəbələ"nin məşqçilər korpusuna iki yeni mütəxəssis cəlb olunub.

Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Baş məşqçi Jeton Bekiriyə Burhan Emurlai və məşqçi-analitik Arvid Bregasi kömək edəcəklər.

Qeyd edək ki, Amil Ağacanov (qapıçılar üzrə məşqçi), Miloş Yevtiç (fiziki hazırlıq üzrə məşqçi) və Manaf Kələntərli (məşqçi-analitik) məşqçilər korpusunda fəaliyyətlərini davam etdirəcəklər.