"Neftçi"nin baş məşqçisi: "Buraya qələbə üçün gəlmişdik"

"Neftçi"nin baş məşqçisi: "Buraya qələbə üçün gəlmişdik"

"Səfərə qələbə üçün gəlmişdik".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis üç xal qazanmaq istədiklərini bildirib: "Görüşə bu cür hazırlaşmışdıq. Qarşılaşmadan əvvəl də futbolçulara bunu demişdim. Açıq oyun gedirdi. Hər iki komanda yaxşı mübarizə apardı. Hesabı 2:0 etmək üçün şansımız oldu. Amma yararlana bilmədik. Rəqibin yararlana bilmədiyi qol epizodları oldu. Heç-heçə ədalətli nəticə idi".

Rumıniyalı baş məşqçi digər komandalara qarşı belə açıq oyunun getmədiyini söyləyib: "Onlar daha çox qapanmağa və əks-hücumlardan yararlanmağa çalışırlar. Biz isə digər rəqiblərə qarşı da belə oynamağa çalışırıq. Ancaq eyni anda xallar da qazanmalıyıq".

Regekampf matçdan sonra futbolçularla söhbət etdiyini vurğulayıb: "Onlara dedim ki, qələbəyə çox yaxın idik. Bugünkü oyunda məqsədimiz qələbə qazanmaq idi. Amma sonda da matçın hesabı ilə razılaşdıq. Buraxdığımız qol çox asan oldu. "Qarabağ"ın futbolçusuna imkan verməli deyildik. Daha yaxşı oynamağa çalışırıq".

Mütəxəssis ikinci hissədə matça daxil olan İsmayıl Zülfüqarlının əvəzlənməsinə də toxunub: "Həmin period ağır idi. Saniyələr qazanmalıydıq. Bəzən belə əvəzetmələr olur. İsmayıla heç bir iradım yoxdur. Sadəcə olaraq, orada vaxt udaraq oyunçularıma şərait yaratdım ki, müdafiəni qurub meydanda rahatlansınlar. Əgər məni baş məşqçi kimi anlamaq istəsəniz, bu, taktiki dəyişiklikdir. Oyunçunu itirmərəm, onlarla mütəmadi olaraq danışıram. Fikir versəniz, İsmayıl hər dəfə sonradan da olsa, qarşılaşmaya daxil olur. Son evdəki görüşdə onun çıxışından narazı qalmışdım. Onu həvəsləndirməyə çalışdım. Bu gün də ona yenidən şans verdim. Sadəcə olaraq bu dəyişiklik komandanı hazırlamaq üçün idi. O da məni başa düşəcək".

Futbol
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq

Futbol
Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Futbol
FIFA növbəti mundialın qrup mərhələsində penaltilər seriyası tətbiq etməyi planlaşdırır

FIFA növbəti mundialın qrup mərhələsində penaltilər seriyası tətbiq etməyi planlaşdırır

Futbol
Polşalı məşqçi: “Neftçi”ni səhvlərə məcbur etdik”

Polşalı məşqçi: “Neftçi”ni səhvlərə məcbur etdik”

Futbol
Paris və daha beş şəhər DÇ-2022-ni boykot edib

Paris və daha beş şəhər DÇ-2022-ni boykot edib

Futbol
Serxio Buskets milli karyerasını bitirib

Serxio Buskets milli karyerasını bitirib

Futbol
Premyer Liqa: "Qəbələ" "Sumqayıt"ı məğlub edib

Premyer Liqa: "Qəbələ" "Sumqayıt"ı məğlub edib

Futbol
Dünyanın ən bahalı futbolçusu açıqlanıb

Dünyanın ən bahalı futbolçusu açıqlanıb

Futbol
Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli olub

Mahir Emrelinin "Dinamo"ya qayıdacağı tarix bəlli olub

Futbol
AFFA Mirbağır İsayevin cəzasını azaldıb

AFFA Mirbağır İsayevin cəzasını azaldıb

Futbol
Kapitan Azərbaycan çempionatlarında 450-ci oyununu keçirib

Kapitan Azərbaycan çempionatlarında 450-ci oyununu keçirib

Futbol
Polşalı baş məşqçi: "Azərbaycan millisi favoritlər siyahısındadır"

Polşalı baş məşqçi: "Azərbaycan millisi favoritlər siyahısındadır"