“Sumqayıt” “Qəbələ”yə qarşı - YENİLƏNİR
Misli Premyer Liqasında VII turun oyunları davam edir.
QELEBE.AZ xəbər verir ki, günün son matçı Sumqayıtda keçiriləcək.
Şəhərin eyniadlı komandası doğma meydanda “Qəbələ”ni qəbul edəcək.
Hazırda 2 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşan ev sahibləri bu görüşdə qələbə qazanaraq mövqesini yaxşılaşdırmağa çalışacaq.
Aktivində 4 xal olan “Qəbələ” isə səfərdən sərfəli nəticə ilə qayıtmağı hədəfləyir.
Görüşə saat 19:30-da start veriləcək.
Misli Premyer Liqası
VII tur
19:30. "Sumqayıt" – "Qəbələ"
“SOCAR Polymer Arena”

https://mail.qalaba.az//uploads/photo/sumqayit-qebeleye-qarshi-yenilenir.webp