“Sabah”ın Çempionlar Liqası matçı avstriyalılara həvalə olunub
UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda keçiriləcək “Sabah” – “Slaviya” matçının hakim təyinatları açıqlanıb.
QELEBE.AZ xəbər verir ki, qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Sebastyan Qishamer olacaq. Ona yan xətt hakimləri Roland Ridel və Santino Şrayner kömək edəcəklər. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Alan Kiyas, AVAR-da isə Josef Spurni çalışacaq.
Qeyd edək ki, “Sabah” – “Slaviya” qarşılaşması oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 20:45-də başlayacaq.

https://mail.qalaba.az//uploads/photo/sabahin-chempionlar-liqasi-matchi-avstriyalilara-hevale-olunub.webp