"Turan Tovuz" 50-yə çatdı
“Turan Tovuz” Misli Premyer Liqasının VIII turunda “İmişli”yə 0:1 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, bu, Qərb təmsilçisinin turnirdə 50-ci məğlubiyyəti kimi tarixə düşüb.
Tovuz təmsilçisi 149-cu oyununda 50-yə çatıb. Məğlubiyyətlərdən 25-i evdə, 25-i səfərdə qeydə alınıb. “Turan Tovuz” 50 və daha çox oyunda uduzan 31-ci komandadır.
Qeyd edək ki, komandanın ilk məğlubiyyəti 2022-ci il avqustun 8-də “Qəbələ” ilə ev görüşündə qeydə alınıb – 0:2.

https://mail.qalaba.az//uploads/photo/quotturan-tovuzquot-50-ye-chatdi.webp