“Siti”də ciddi itki - 2 ay oynamayacaq
“Mançester Siti” ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, "şəhərlilər"in futbolçusu Antuan Semenyo sıradan çıxıb.
Bu barədə komandanın baş məşqçisi Enzo Mareska jurnalistlərə açıqlamasında bildirib.
İngiltərə Premyer Liqasının VII turunda “İpsviç”lə keçirilən matçda (3:2) zədələnən 26 yaşlı vinger təxminən iki ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Semenyo cari mövsümdə “Mançester Siti”nin heyətində 10 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

https://mail.qalaba.az//uploads/photo/sitide-ciddi-itki-2-ay-oynamayacaq.webp