“Turan”dan Çempionlar Liqasında tarixi qələbə - YENİLƏNİB

“Turan”dan Çempionlar Liqasında tarixi qələbə - YENİLƏNİB

Qadın voleybolçulardan ibarət “Turan” klubu CEV Çempionlar Liqasında ilk oyununu keçirib.

Apasport.az xəbər verir ki, Tovuz təmsilçisi turnirin II təsnifat mərhələsinin ilk matçında Xorvatiyanın “Mladost” komandasını qəbul edib.

Azərbaycan çempionu rəqibini 3:0 hesabı ilə məğlub edərək avrokuboklarda debütünü qələbə ilə qeyd edib.

“Turan” ilk setdə 25:20, növbəti iki setdə isə eyni hesabla – 25:16 üstün olub.

Bu nəticə ilə Tovuz klubu cavab qarşılaşması öncəsi növbəti mərhələyə yüksəlmək üçün əhəmiyyətli üstünlük əldə edib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü oktyabrın 29-da Xorvatiyada keçiriləcək.