“Sabah” “Borussiya” ilə bacarmadı - YENİLƏNİB
“Sabah” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
QELEBE.AZ xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda III turda Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib.
Görüş qarşılıqlı hücumlar şəraitində keçib. İlk hissədə tərəflər hərəyə bir qol vurublar. İkinci yarıda qonaqlar qələbə topunu vurmağı bacarıblar - 2:1.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
20:45. “Sabah” – “Borussiya Dortmund" 1:2
Qollar: E. Makkarti, 39 - S. Qirassi, 10, 53
"Sabah": Stas Pokatilov (k), Stiv Solvet, Eyden Makkarti, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Du Keyros, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.
"Borussiya": Qreqor Kobel, Valdemar Anton, Niko Şlotterbek (k), Rami Bensebayni, Feliks Nmeça, Seru Qirassi, Karni Çukvuemeka, Fabio Silva, Daniel Svensson, Coui Verman, Yulian Ryuerson.
Baş hakim: Xose Arbelora Roxas (İspaniya)
Bakı Olimpiya Stadionu

https://mail.qalaba.az//uploads/photo/sabah-borussiya-ile-bacarmadi-yenilenib.webp