Flikdən PSJ etirafı: “Bizdən daha güclüdürlər”
“Barselona” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda PSJ-yə 2:4 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, oyundan sonra kataloniyalıların baş məşqçisi Hans-Diter Flik qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
Almaniyalı mütəxəssis PSJ-nin üstünlüyünü etiraf edib:
“Bu, hər iki komandanın ifasında möhtəşəm oyun idi. PSJ bizdən daha güclü olduğunu sübut etdi. Rəqib keçid fazalarında, yəni əks-hücumlarda çox güclüdür. Bundan əlavə, son 10 dəqiqədə fiziki baxımdan təravətimiz çatmadı. Amma bu, bəhanə deyil. Bu oyuna ən yaxşı şəkildə hazırlaşmamışdıq. Baş verənləri təhlil etməli və daha yaxşı oynamalıyıq”.

https://mail.qalaba.az//uploads/photo/flikden-psj-etirafi-bizden-daha-gucludurler.webp