“Yunayted”in kapitanının evi qarət olunub - ÇL MATÇI ZAMANI
“Mançester Yunayted”in kapitanı Bruno Fernandeşin evindən oğurluq edilib.
Apasport.az xəbər verir ki, hadisə UEFA Çempionlar Liqasında “Komo” ilə səfər matçı zamanı baş verib.
Polis kimliyi müəyyənləşdirilməyən üç şübhəli şəxslə bağlı məlumat aldıqdan sonra hadisə yerinə gəlib. Araşdırma zamanı evdən çoxlu sayda əşyanın oğurlandığı məlum olub.
Klubun açıqlamasında hadisə zamanı Fernandeşin ailəsinin evdə olmadığı bildirilib.
Qeyd edək ki, “Komo” – “Mançester Yunayted” matçı meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

https://mail.qalaba.az//uploads/photo/yunaytedin-kapitaninin-evi-qaret-olunub-chl-matchi-zamani.webp