Pepe Kloppu “Barselona” azarkeşinə çevirib – MARAQLI ETİRAF
Almaniya millisinin baş məşqçisi Yurgen Klopp İspaniya La Liqasında keçiriləcək “Barselona” - “Real” qarşılaşması ilə bağlı fikirlərini bölüşüb.
QELEBE.AZ xəbər verir ki, almaniyalı mütəxəssis əvvəllər Kataloniya klubuna azarkeşlik etməsinin səbəbini açıqlayıb.
“Barselona” - “Real” matçını izləyəcəyəm. Həyatımın bütün dövrlərində bu qarşılaşmaya baxmışam. İzləməkdən böyük zövq aldığım oyundur.
Hazırda daha yaxşı olan komandanı dəstəkləyirəm. İndiki vəziyyətə baxsaq, bu, yəqin ki, “Barselona”dır.
Əvvəllər “Barselona”ya daha çox azarkeşlik edirdim. Çünki Pepe və digər müdafiəçilərin qarşılarına çıxan hər kəsə qarşı sərt müdaxilələr etməsinə nifrət edirdim. “Barselona”nı daha çox dəstəkləməyimin yeganə səbəbi bu idi”, – deyə Klopp bildirib.
Qeyd edək ki, “Barselona” – “Real” qarşılaşması oktyabrın 25-də, Bakı vaxtı ilə 23:00-da başlayacaq. La Liqanın X turuna təsadüf edən görüş “Spotify Kamp Nou” stadionunda keçiriləcək.

https://mail.qalaba.az//uploads/photo/pepe-kloppu-barselona-azarkeshine-chevirib-maraqli-etiraf.webp