Eldəniz Əzizlinin beşinci dünya çempionluğuna bir addım qaldı
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
QELEBE.AZ xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda Gürcüstan idmançısı Vaxtanq Loluaya ilə üz-üzə gəlib.
Dördqat dünya çempionu rəqibini 5:1 hesabı ilə məğlub edərək həlledici görüşə yüksəlib.
Bununla da Eldəniz Əzizli karyerasında beşinci dəfə dünya çempionatının finalına çıxıb.

https://mail.qalaba.az//uploads/photo/eldeniz-ezizlinin-beshinci-dunya-chempionluguna-bir-addim-qaldi.webp