Harri Keyn 2026-cı ilin “Qızıl top”un sahibi olub

Harri Keyn 2026-cı ilin “Qızıl top”un sahibi olub

“Bavariya” və İngiltərə millisinin hücumçusu Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatını qazanıb.

Apasport.az xəbər verir ki, 33 yaşlı forvard karyerasında ilk dəfə “France Football” nəşrinin təsis etdiyi mükafata layiq görülüb.

Keyn ötən mövsüm “Bavariya” ilə Almaniya çempionluğu, ölkə kuboku və Superkubokunu qazanıb. O, Bundesliqada 36 qolla mövsümün bombardiri olub. İngiltərə millisi ilə dünya çempionatında isə üçüncü yeri tutub.

Bununla da Keyn “Qızıl top”u qazanan beşinci ingilis futbolçu olub. Ondan əvvəl Stenli Metyuz (1956), Bobbi Çarlton (1966), Kevin Kiqan (1978 və 1979) və Maykl Ouen (2001) bu mükafata sahib çıxıblar. Beləliklə, İngiltərə futbolçusu 25 illik fasilədən sonra yenidən bu mükafatı qazanıb.

Keyn, həmçinin 45 ildən sonra “Qızıl top”a layiq görülən ilk “Bavariya” futbolçusudur. Münhen klubunun sonuncu belə təmsilçisi 1981-ci ildə mükafatı qazanan Karl-Haynz Rummenigge olub. Daha əvvəl Gerd Müller (1970) və Frans Bekkenbauer (1972, 1976) də bu uğura imza atıblar.

Bundan başqa, Keyn 1996-cı ildən bəri “Qızıl top”u qazanan ilk Bundesliqa futbolçusudur. Həmin vaxt Dortmund “Borussiya”sının üzvü Mattias Zammer mükafatın sahibi olmuşdu.

Qeyd edək ki, 2022-ci ildən etibarən “Qızıl top” təqvim ili üzrə deyil, mövsümün nəticələrinə əsasən təqdim olunur.

Futbol
"Fənərbağça"nın istədiyi futbolçu "Trabzonspor"a keçib

"Fənərbağça"nın istədiyi futbolçu "Trabzonspor"a keçib

Futbol
Azərbaycan Premyer Liqası: "Sabah" "Turan Tovuz"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Sabah" "Turan Tovuz"a qalib gəlib

Futbol
Silahlı şəxslər "Real Madrid"in futbolçusunun evinə girib

Silahlı şəxslər "Real Madrid"in futbolçusunun evinə girib

Futbol
"Milan"ın qapıçısı dünya çempionatını buraxa bilər

"Milan"ın qapıçısı dünya çempionatını buraxa bilər

Futbol
Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub

Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub

Futbol
Aleksey Baqa: "Azərbaycana pul dalınca gəlməmişdim"

Aleksey Baqa: "Azərbaycana pul dalınca gəlməmişdim"

Futbol
“Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi bəlli olub

“Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi bəlli olub

Futbol
DÇ-2022: Braziliya uduzsa da, İsveçrə ilə birlikdə qrupdan çıxıb

DÇ-2022: Braziliya uduzsa da, İsveçrə ilə birlikdə qrupdan çıxıb

Futbol
KİV: Yeni il gecəsi qadınlarla içki içən iranlı futbolçular həbs ediliblər

KİV: Yeni il gecəsi qadınlarla içki içən iranlı futbolçular həbs ediliblər

Futbol
Çempionlar Liqasında məhsuldar gecə: 8 oyuna 27 qol vurulub

Çempionlar Liqasında məhsuldar gecə: 8 oyuna 27 qol vurulub

Futbol
Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlanıb

Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlanıb

Futbol
İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər

İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər