Futbol klubunun avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alanların son durumu açıqlanıb - VİDEO - YENİLƏNİB-3

Futbol klubunun avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alanların son durumu açıqlanıb - VİDEO - YENİLƏNİB-3

TƏBİB futbol klubunun avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin son durumunu açıqlayıb.

TƏBİB-dən "QELEBE.AZ"a verilən məlumata görə, hadisə nəticəsində qurumun tabeliyindəki tibb müəssisələrinə 2 nəfər (kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə yerləşdirilib.

"Onlara bud sümüyünün sınığı, döş qəfəsinin qapalı travması diaqnozları qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir", - məlumatda qeyd olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "QELEBE.AZ"a bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonunun Muğanlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı sərnişin avtobusu və "Mack" markalı yük avtomobili toqquşub, 1 nəfər sərnişin müxətlif xəsarətlərlə avtobusda sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sərnişin nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

15.42

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) futbol klubunun avtobusunun qəzaya düşməsi ilə bağlı məlumat yayıb.

İdarədən "QELEBE.AZ"un Yuxarı Şirvan bürosuna bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Belə ki, bu gün saat 13:00 radələrində Muğanlı-İsmayıllı yolunun 10-cu kilometrliyində, Basqal qəsəbəsi ərazisində hərəkətdə olan "Mercedes" markalı BA 004 KU qeydiyyat nişanlı avtobusun sürücüsü Anar Qafarov sərt döngədə idarəetməni itirərək qarşıdan gələn 77-EF-972 dövlət qeydiyyat nişanlı "MACK" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə yük avtomobilinin sürücüsü 1949-cu il təvəllüdlü Məmmədov Əflatun Abdulla oğlu və avtobusun sərnişini "Mingəçevir" Futbol Klubunun əməkdaşı 1968-ci il təvəllüdlü Qarayev Zaur Ələş oğlu xəsarət alaraq tibb müəssisələrinə yerləşdirilib.

Qəzanın baş verdiyi əraziyə YPX əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

15.20

Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb, 2 nəfər xəsarət alıb.

Bu barədə "QELEBE.AZ"un Yuxarı Şirvan bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtobusla yük avtomobili toqquşub.

Nəticədə yük avtomobilinin sürücüsü Əflatun Məmmədov və "Mingəçevir" klubunun idman direktoru Zaur Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

13.49

Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb, xəsarət alanlar var.

Peşəkar Futbol Liqasından (PFL) “QELEBE.AZ”a verilən məlumata görə, hadisə bu gün “Mingəçevir” futbol komandası I Divizionun XX turu çərçivəsində “Şamaxı-2” ilə səfər oyununa gedərkən baş verib.

Komandanı aparan avtomobil yolda qəzaya uğrayıb. Son məlumata əsasən, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, xoşbəxtlikdən həyatını itirən yoxdur.

Bu fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb.

Futbol
Rəşad Sadıqov: "Hakimlərin mənə sarı vərəqə verməkdən xoşu gəlir"

Rəşad Sadıqov: "Hakimlərin mənə sarı vərəqə verməkdən xoşu gəlir"

Futbol
"Barselona"nın hücumçusu "Qalatasaray"a keçməkdən imtina edib

"Barselona"nın hücumçusu "Qalatasaray"a keçməkdən imtina edib

Futbol
Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Mahmud Qurbanov: "Komandaya xeyir verməyənlər əvəzedicilərdə oynayacaq"

Futbol
Macarıstanlı futbolçu: "Qarabağ"la oyundan sonra məni səhv başa düşdülər"

Macarıstanlı futbolçu: "Qarabağ"la oyundan sonra məni səhv başa düşdülər"

Futbol
Roberto Martines İspaniya yığmasının baş məşqçisi təyin oluna bilər

Roberto Martines İspaniya yığmasının baş məşqçisi təyin oluna bilər

Futbol
UEFA "Qarabağ"ın kapitanını təbrik edib

UEFA "Qarabağ"ın kapitanını təbrik edib

Futbol
DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

Futbol
"Bavariya"nın iki əsas müdafiəçisi Çempionlar Liqası oyununu buraxacaq

"Bavariya"nın iki əsas müdafiəçisi Çempionlar Liqası oyununu buraxacaq

Futbol
"Qarabağ"ın legioneri: "Marselo məni az da olsa tanıyır"

"Qarabağ"ın legioneri: "Marselo məni az da olsa tanıyır"

Futbol
Konfrans Liqası: Daha 4 komanda növbəti mərhələyə adlayıb

Konfrans Liqası: Daha 4 komanda növbəti mərhələyə adlayıb

Futbol
AFFA Mirbağır İsayevin cəzasını azaldıb

AFFA Mirbağır İsayevin cəzasını azaldıb

Futbol
Azərbaycanda futbol şərhçisi yol qəzasında dünyasını dəyişib

Azərbaycanda futbol şərhçisi yol qəzasında dünyasını dəyişib