AGF-in baş katibi: “Azərbaycandakı yarışların səviyyəsi digər ölkə federasiyalarının diqqətini cəlb edir”

AGF-in baş katibi: “Azərbaycandakı yarışların səviyyəsi digər ölkə federasiyalarının diqqətini cəlb edir”

“Azərbaycanda keçirilən yarışların səviyyəsi, möhtəşəm arenamızda olan şərait digər ölkə federasiyalarının diqqətini cəlb edir”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə Bakıda təşkil edilən idman gimnastikası üzrə Dünya Kuboku barədə danışarkən deyib.

O, Milli Gimnastika Arenasında start götürən mötəbər turnirdə 48 ölkə təmsilçilərinin qatıldığını və bunun Azərbaycanda keçirilən Dünya Kuboku yarışlarında rekord göstərici olduğunu bildirib.

Baş katib turnirdə Azərbaycanı təmsil edəcək gimnastlardan uğur gözlədiklərini əlavə edib: “Nikita Simonov ötən həftə Qətərdə keçirilən Dünya Kuboku mərhələsində bürünc medala layiq görülüb. İvan Tixonov Tokio Yay Olimpiya Oyunlarının iştirakçısıdır. Nazənin Teymurova bu ildən böyüklər yaş kateqoriyasında iştirak edir. O, ötən il gənclər arasında Avropa çempionatı və Avropa Yay Olimpiya Festivalında ölkəmizi təmsil etmişdi. Nazənin Azərbaycanın qadın idman gimnastikası tarixində ilk dəfə ölkəmizi finalda təmsil etmişdi. Dünya Kubokunda digər gimnastımız Samirə Qəhrəmanova da mübarizə aparacaq”.

Nurlana Məmmədzadə yarış iştirakçılarının vaxtından erkən Bakıya səfər etdiklərini vurğulayıb: “Əslində bura gəliş günü martın 7-sinə kimi nəzərdə tutulmuşdu. Bir çox nümayəndə heyətləri Bakıya birbaşa Qətərdən gəldikləri üçün yarış öncəsi məşqlərimiz də əvvəldən başlayıb”.

AGF rəsmisi Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Kubokunun 2024-cü ildə baş tutacağını deyib: “Gimnastikanın olimpiya növləri bir qədər fərqlidir. Bir növ Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyırsa, digərində belə deyil. İdman gimnastikasında gələn il keçiriləcək Dünya Kuboku mərhələləri təsnifat xarakteri daşıyacaq”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən Dünya Kuboku dörd gün davam edəcək.

Fərdi
"Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib

"Mingəçevir Reqatası"nın rəsmi açılış mərasimi keçirilib

Fərdi
Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır

Fərdi
Azərbaycanda 2023-cü ildə keçirilməsi planlaşdırılan idman tədbirlərinin siyahısı açıqlanıb

Azərbaycanda 2023-cü ildə keçirilməsi planlaşdırılan idman tədbirlərinin siyahısı açıqlanıb

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov final görüşünə çıxacaq

Fərdi
Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Gürcüstanlı şahmatçı Şuşadakı beynəlxalq turnirdə iştirak edəcək

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi mübarizəni dayandırıb

Dünya çempionatı: Azərbaycanın şahmat millisi mübarizəni dayandırıb

Fərdi
Rüstəm Orucov: "Dünya çempionatında medal qazanacağımıza inamımız böyükdür"

Rüstəm Orucov: "Dünya çempionatında medal qazanacağımıza inamımız böyükdür"

Fərdi
Azərbaycanın üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Azərbaycanın üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Fərdi
Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Fərdi
“Tata Steel İndia”: Şəhriyar Məmmədyarov turnirə 3 qələbə ilə başlayıb

“Tata Steel İndia”: Şəhriyar Məmmədyarov turnirə 3 qələbə ilə başlayıb

Fərdi
Lukaş Krpalek: "Elmar Qasımov məni ilk dəfə İrəvanda məğlub edib"

Lukaş Krpalek: "Elmar Qasımov məni ilk dəfə İrəvanda məğlub edib"