Nikita Simonov: “Daha yaxşı nəticə göstərməliyəm”

Nikita Simonov: “Daha yaxşı nəticə göstərməliyəm”

“Daha yaxşı nəticə göstərməliyəm. Çünki qarşıda Avropa çempionatı var”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun qalibi olan Azərbaycan təmsilçisi Nikita Simonov jurnalistlərə açıqlamasında deyib.

Halqalarla hərəkətlərin icrasında birinci yeri tutan 27 yaşlı gimnast təəssüratlarının müsbət olduğunu söyləyib: “Bu, olimpiya reytinqi baxımından vacib mərhələ idi. Çempion olduğum üçün çox şadam. Qarşıdan gələn Avropa çempionatında da uğurlu çıxış etməliyəm ki, dünya çempionatına yollanım. Ardından isə Qahirədə olimpiadaya lisenziya xarakterli yarış olacaq”.

Simonov yenidən olimpiada həyəcanı yaşamaq arzusunda olduğunu etiraf edib: “Tokio-2020 Yay Olimpiya Oyunları ilə müqayisədə bu dəfə olimpiadaya vəsiqə imkanı daha yaxşıdır. Çünki Tokioya bir lisenziya şansı var idisə, bu dəfə iki kvotada bunu əldə etmək mümkündür. Mən də yenidən olimpiadada iştirak etmək üçün çalışacağam”.

O, daha əvvəl Dünya Kubokunun bürünc və gümüş medallarını qazandığını xatırladıb: “Dünya Kuboklarında artıq bir dəst medalım var. Buna görə çox sevinirəm. Ümid edirəm ki, bundan sonra ancaq qızıl medal qazanaram”.

Gimnast martın 12-də keçiriləcək finalda iştirak edəcək komanda yoldaşı İvan Tixonova uğurlar arzulayıb: “Sabahkı finalda İvandan uğurlu çıxış gözləyirəm. Təsnifatda çox yaxşı nəticə göstərmişdi. Düzdür, orada 6-cı yeri tutmuşdu. Ancaq finalda hər şey ola bilər. Komanda yoldaşlarımın da sabah medal qazanmalarını arzulayıram”.

Qeyd edək ki, İvan Tixonov turnikdə, qadın gimnast Nazənin Teymurova isə sərbəst hərəkətlərdə final çıxışını edəcəklər.

Fərdi
Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Fərdi
Baş katib: "Elmar Qasımov nə istədiyinə qərar verməlidir"

Baş katib: "Elmar Qasımov nə istədiyinə qərar verməlidir"

Fərdi
Avropa Kuboku: "Odlar Yurdu" 6-cı, "Vüqar Həşimov" 10-cu olub

Avropa Kuboku: "Odlar Yurdu" 6-cı, "Vüqar Həşimov" 10-cu olub

Fərdi
Azərbaycanın qadın güləşçisi dünya çempionatında zədələnib

Azərbaycanın qadın güləşçisi dünya çempionatında zədələnib

Fərdi
“Champions Chess Tour”: Karlsen vaxtından əvvəl finalın qalibi olub

“Champions Chess Tour”: Karlsen vaxtından əvvəl finalın qalibi olub

Fərdi
Azərbaycan ilk dəfə U-22-lərin Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə U-22-lərin Avropa çempionatına ev sahibliyi edəcək

Fərdi
Maqnus Karlsen: "Dünya çempionluğu matçından imtinamın mühüm səbəbi qorxudur"

Maqnus Karlsen: "Dünya çempionluğu matçından imtinamın mühüm səbəbi qorxudur"

Fərdi
Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Fərdi
Dünya yığması Bakıdakı yarışda bürünc medal qazanıb

Dünya yığması Bakıdakı yarışda bürünc medal qazanıb

Fərdi
Paris-2024: Boks yarışları üçün təsnifat sistemi təsdiqlənib

Paris-2024: Boks yarışları üçün təsnifat sistemi təsdiqlənib

Fərdi
Maqnus Karlsen yenə dünya çempionu olub

Maqnus Karlsen yenə dünya çempionu olub

Fərdi
“Vüqar Həşimov Memorial-2022”: Nodirbek Abdusattorovun qələbə posteri məşhur “Times” meydanında sərgilənib

“Vüqar Həşimov Memorial-2022”: Nodirbek Abdusattorovun qələbə posteri məşhur “Times” meydanında sərgilənib