Azərbaycanın daha bir paracüdoçusu Qran Pridə qızıl medal qazanıb
Azərbaycanın daha bir paracüdoçusu Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran Pridə qızıl medal qazanıb.
“Report”un məlumatına görə, qadınların yarışında Xanım Hüseynova (J2) birinci yeri tutub.
Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının qalibi olan 30 yaşlı idmançı 70 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib.
Qeyd edək ki, daha əvvəl İlham Zəkiyev (+90 kq) həlledici görüşə vəsiqəni təmin edib. Ötən gün Namiq Abaslı (73 kq, J2) qızıl medal qazanıb.
Azərbaycanın daha bir paracüdoçusu Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran Pridə finala yüksəlib.
"Report"un məlumatına görə, qadınların yarışında Xanım Hüseynova (70 kq, J2) bu raundadək bütün rəqiblərinə qalib gəlib.
Qeyd edək ki, 30 yaşlı idmançı Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. Daha əvvəl İlham Zəkiyev də həlledici görüşə vəsiqəni təmin edib. Ötən gün (73 kq J2) Namiq Abaslı qızıl medal qazanıb.
Azərbaycan paracüdoçusu İlham Zəkiyev Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran Pridə finala yüksəlib.
"Report" xəbər verir ki, 90 kq-dan (J1) yuxarı çəki dərəcəsində çıxış edən idmançı bu raundadək bütün rəqiblərinə qalib gəlib.
Qeyd edək ki, ötən gün 73 kq-dakı (J2) Namiq Abaslı qızıl medal qazanıb.

https://mail.qalaba.az//uploads/photo/azerbaycanin-daha-bir-paracudochusu-qran-pride-qizil-medal-qazanib.webp











