"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatıb

"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyası 25-ə çatıb

"Qarabağ" komandası Azərbaycan Premyer Liqasında məğlubiyyətsiz oyunlar seriyasını 25-ə çatdırıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" buna VI turda "Sabah"a 4:3 hesabı ilə qalib gəlməklə nail olub.

Ağdam klubu sonuncu dəfə ötən mövsümdə - 2021-ci il oktyabrın 25-də “Səbail”lə səfər qarşılaşmasında uduzub – 1:3. Həmin matçdan sonra bölgə təmsilçisi 21 qələbə qazanıb və 4 heç-heçə edib.

Bu ölkə çempionatları tarixində 25 və daha çox oyunu əhatə edən 8-ci belə seriyadır. Aktivində 31 matçdan ibarət məğlubiyyətsizlik də olan “Qarabağ” ikinci dəfə “25”ə çatıb.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda 321 gün əvvəlki məğlubiyyətdən sonra ilk dəfə qapısında birdən artıq qol görüb. Sonrakı 24 görüşdə komanda 2 və ya daha çox top buraxmayıb.

9 ildən sonra “Qarabağ” öz meydanında qapısında 3 top görüb. Sonuncu dəfə 2013-cü il noyabrın 3-də “Qəbələ” ilə görüşdə belə hadisə yaşanıb. 3234 gün əvvəl də indiki kimi 4:3 hesabı ilə qalib gələn hazırkı ölkə çempionu sonrakı 130 ev matçında ikidən artıq qol buraxmamışdı.

Futbol
Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Futbol
“Qəbələ” növbəti matçı azarkeşsiz keçirəcək

“Qəbələ” növbəti matçı azarkeşsiz keçirəcək

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında oynamalı idi"

Futbol
"Zirə"nin iki futbolçusu "Kəpəz"lə oyunda meydandan qovulub

"Zirə"nin iki futbolçusu "Kəpəz"lə oyunda meydandan qovulub

Futbol
Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub

Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub

Futbol
KİV: "Liverpul" satışa çıxarılıb"

KİV: "Liverpul" satışa çıxarılıb"

Futbol
Abdullah Zubir: "Olimpiakos" bizi yaxşı analiz etmişdi"

Abdullah Zubir: "Olimpiakos" bizi yaxşı analiz etmişdi"

Futbol
"Yuventus"un sabiq futbolçusu: "Ronaldunun komanda yoldaşına əl qaldırdığı vaxt olub"

"Yuventus"un sabiq futbolçusu: "Ronaldunun komanda yoldaşına əl qaldırdığı vaxt olub"

Futbol
Qurban Qurbanov İlham Əliyevin paylaşımına münasibət bildirib

Qurban Qurbanov İlham Əliyevin paylaşımına münasibət bildirib

Futbol
"Barselona"nın futbolçusu ərəb klubuna keçir

"Barselona"nın futbolçusu ərəb klubuna keçir

Futbol
“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

Futbol
Avropa Liqası: "Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılardan sayılıb

Avropa Liqası: "Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılardan sayılıb