“Liverpul”un eks-futbolçusu ürəyindəki problemə görə karyerasını başa vurub

“Liverpul”un eks-futbolçusu ürəyindəki problemə görə karyerasını başa vurub

Braziliya “Qremio”sunun yarımmüdafiəçisi Lukas Leyva karyerasını başa vurduğunu elan edib.

“Report” xəbər verir ki, bu barədə “Liverpul”un keçmiş oyunçusu mətbuat konfransında danışıb.

Göz yaşlarına hakim ola bilməyən braziliyalı yarımmüdafiəçi vida konfransında qərarının səhhətindəki problemlə əlaqələndirib:

“Sağlamlığım hər şeydən üstündür. “Qremio”ya minnətdarlığımı bildirmək istərdim. Bu gün karyeramı başa vurduğumu elan edirəm. Karyeramı oynamaq istədiyim klubda bitirirəm. Təəssüf ki, hər şey planlaşdırıldığı kimi alınmadı”.

Qeyd edək ki, 36 yaşlı futbolçu “Qremio”nun yetirməsidir. Leyvanın karyerasının ən parlaq illəri İngiltərənin “Liverpul” klubunda keçib. 2008-ci ildən 2017-ci ilədək “qırmızılar”ın şərəfini qoruyan Leyva orada İngiltərə Liqa Kubokunun qalibi olub. 2017-ci ildən 2022-ci ilədək İtaliyanın “Latsio”sunda çıxış edən futbolçu daha sonra doğma klubuna qayıdıb.

Futbol
"Səbail"də 100-cü oyununu keçirən kapitan klubun tarixinə düşüb

"Səbail"də 100-cü oyununu keçirən kapitan klubun tarixinə düşüb

Futbol
"Neftçi"nin legioneri "Qəbələ" ilə oyunda zədələnib

"Neftçi"nin legioneri "Qəbələ" ilə oyunda zədələnib

Futbol
Qara Qarayev: "Azərbaycan futbolu ilə bağlı mifləri qırmaq istəyirik"

Qara Qarayev: "Azərbaycan futbolu ilə bağlı mifləri qırmaq istəyirik"

Futbol
Avropa Liqası: "Arsenal" pley-offa vəsiqəni təmin edib

Avropa Liqası: "Arsenal" pley-offa vəsiqəni təmin edib

Futbol
"Zirə" Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb

"Zirə" Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb

Futbol
"Qarabağ"ın legioneri: "Nant"la qarşılaşma tamam fərqli olacaq"

"Qarabağ"ın legioneri: "Nant"la qarşılaşma tamam fərqli olacaq"

Futbol
Messi PSJ komandasının düşərgəsinə qayıdıb

Messi PSJ komandasının düşərgəsinə qayıdıb

Futbol
Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Polşa millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
Fransa klubu "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Fransa klubu "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Futbol
Azərbaycanın futzal yığması növbəti dəfə Qazaxıstana uduzub

Azərbaycanın futzal yığması növbəti dəfə Qazaxıstana uduzub

Futbol
Əmrah Çəlikəl: "İmarət" stadionu ilə bağlı bizim də fikirlərimiz nəzərə alınıb"

Əmrah Çəlikəl: "İmarət" stadionu ilə bağlı bizim də fikirlərimiz nəzərə alınıb"

Futbol
Cənubi koreyalı hücumçu "Qarabağ"a qarşı oynaya biləcək

Cənubi koreyalı hücumçu "Qarabağ"a qarşı oynaya biləcək