“Qarabağ”ın futbolçusu “Qalatasaray”la oyuna görə millidən kənarda qalıb

“Qarabağ”ın futbolçusu “Qalatasaray”la oyuna görə millidən kənarda qalıb

“Qarabağ”ın oyunçusu Nəriman Axundzadə Türkiyə klubu “Qalatasaray”la martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək xeyriyyə oyununa görə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisindən kənarda qalıb.

Bu barədə “QELEBE.AZ”a U-21 yığmasının baş məşqçisi Samir Əliyev məlumat verib.

O bildirib ki, Ağdam klubu ilə danışıqlardan sonra bu addımı atıb: “Başa düşürük ki, qarşıda “Qarabağ”ın maraqlı oyunu var. Futbolçuların da bir çoxu milli komandalara getdiklərindən, heyətlə bağlı problemləri ola bilər. “Qarabağ” tərəfi ilə danışığımız oldu. Nəriman Axundzadəni məhz buna görə U-21-ə çağırmadıq”.

Samir Əliyev “Qarabağ”ın qapıçısı Amin Ramazanovun yığmadan kənarda qalmasının səbəbini də açıqlayıb. 44 yaşlı mütəxəssis gənc qolkiperin zədəli olduğu üçün qarşıdakı yoldaşlıq görüşlərində sərəncımında olmayacağını söyləyib: “Amini çağırmaq fikrimiz var idi. Lakin “Qarabağ”ın əvəzedicilərinin heyətində “Neftçi-2” ilə Birinci Divizion oyununda zədələnmişdi. Düzdür, zədəsi ciddi deyil. Ancaq təxminən bir həftə müalicə almalı idi. Bu üzdən onu dəvət etməmək qərarına gəldik”.

Qeyd edək ki, Azərbaycanın U-21 yığması martın 23-də Albaniyanın, 26-da isə Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə Türkiyənin Antalya şəhərində yoldaşlıq görüşü keçirəcək.

Futbol
Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Azərbaycan millisinin baş məşqçisi püşkü dəyərləndirib

Futbol
"Barselona"nın futbolçusu ərəb klubuna keçir

"Barselona"nın futbolçusu ərəb klubuna keçir

Futbol
Ronaldunun komandasının oyunu hava şəraitinə görə təxirə salınıb

Ronaldunun komandasının oyunu hava şəraitinə görə təxirə salınıb

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"ya qalib gəlib

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"ya qalib gəlib

Futbol
Beyl məktəblərdə dərs əvəzinə bugünkü matçın göstərilməsini istəyir

Beyl məktəblərdə dərs əvəzinə bugünkü matçın göstərilməsini istəyir

Futbol
Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

Futbol
Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Futbol
Türkiyə klubu rusiyalı futbolçunun müqaviləsini ləğv edib

Türkiyə klubu rusiyalı futbolçunun müqaviləsini ləğv edib

Futbol
Almaniya millisinin baş məşqçisi DÇ-2022-nin Qətərdə keçirilməsindən narazıdır

Almaniya millisinin baş məşqçisi DÇ-2022-nin Qətərdə keçirilməsindən narazıdır

Futbol
"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

"Neftçi"nin baş məşqçisi: "Üçüncü yerlə qane ola bilmərəm"

Futbol
"Əl-Nəsr" PSJ-nin məşhur futbolçusunu heyətinə qatmaq istəyir

"Əl-Nəsr" PSJ-nin məşhur futbolçusunu heyətinə qatmaq istəyir

Futbol
"Neftçi"nin futbolçusu Belarus yığmasına dəvət olunub

"Neftçi"nin futbolçusu Belarus yığmasına dəvət olunub