Canni De Byazi: "Rəqib güclüdür, amma mən komandama güvənirəm"

Canni De Byazi: "Rəqib güclüdür, amma mən komandama güvənirəm"

"Bizi çətin oyun gözləyir. Rəqib güclüdür, qələbə qazanmağa çalışacaq. Amma mən komandama güvənirəm".

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi səfərdə İsveçə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, həyatda yalnız nəyəsə nail olmaq istəməyən adamlar səhv etmirlər: "Öz yolumuzla getməyə davam edəcəyik".

O, rəqibi yaxşı analiz etdiklərini söyləyib: "Hansı sistemlə oynadıqlarını bilirik. Ən əsası, özümüzdən çox şey asılıdır. Son matçdan dərs çıxarmalı, sabah ən yaxşı oyunumuzu göstərməliyik".

67 yaşlı mütəxəssis start heyətilə bağlı dəyişiklik olacağını istisna etməyib: "Görüşə kimi hələ vaxtımız var. Buna oyun günü qərar verəcəyik. Bəzi futbolçularda xırda problemlər var. Qapıçının müəyyən səhvləri oldu, ona dəstək olmalıyıq. Təcrübə qazanması üçün bu cür matçlar vacibdir".

Millidəki 3 illik fəaliyyətini dəyərləndirən De Byazi bunları söyləyib: "Geridə qalan müddətdə ilk məqsəd o idi ki, ölkədə bütün futbol hərəkatını inkişaf etdirək. İlk ilimdə bu, yaxşı alınmadı. Sonra müqavilə uzadıldı. Son matçdakı məğlubiyyətdən öncə 5 oyunda qalib gəlmişdik. Mən inkişafı görürəm. Buraya gələndə heç kim qarşıma məqsəd qoymamışdı ki, hansısa oyunda qələbə qazanım. Albaniyalı futbolçuların çoxu mən ora gedənə kimi ölkə xaricində çıxış etmirdilər. Sadəcə, düzgün proqramla işləmək lazımdır".

Qeyd edək ki, martın 27-də Solna şəhərindəki "Frends Arena"da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Futbol
Ukrayna İranın dünya çempionatına buraxılmaması üçün FIFA-ya müraciət edib

Ukrayna İranın dünya çempionatına buraxılmaması üçün FIFA-ya müraciət edib

Futbol
Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub

Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub

Futbol
Azərbaycan millisinin futbolçusu zədələnib

Azərbaycan millisinin futbolçusu zədələnib

Futbol
AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

AFFA İK "Zirə"nin futbolçusunun cəzasını azaldıb

Futbol
Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Futbol
Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
Qurban Qurbanov: "Bu gün fikir bildirmək asan deyil"

Qurban Qurbanov: "Bu gün fikir bildirmək asan deyil"

Futbol
"Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi "Olimpiakos"la oyunu buraxacaq

"Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi "Olimpiakos"la oyunu buraxacaq

Futbol
"Boka Xuniors" "River Pleyt"in qələbəsi sayəsində Argentina çempionu olub

"Boka Xuniors" "River Pleyt"in qələbəsi sayəsində Argentina çempionu olub

Futbol
Qurban Qurbanov: “Yorğunluq beyinə də təsir edir”

Qurban Qurbanov: “Yorğunluq beyinə də təsir edir”

Futbol
"Sumqayıt" braziliyalı vingerlə müqavilə imzalayıb

"Sumqayıt" braziliyalı vingerlə müqavilə imzalayıb

Futbol
"Mançester Siti" İngiltərə Premyer Liqasında liderliyə yüksəlib

"Mançester Siti" İngiltərə Premyer Liqasında liderliyə yüksəlib