İsveç Futbol Federasiyası: "Azərbaycanla oyunda hər hansı təxribata imkan verməyəcəyik"

İsveç Futbol Federasiyası: "Azərbaycanla oyunda hər hansı təxribata imkan verməyəcəyik"

İsveç Futbol Federasiyası bu gün Stokholmda Azərbaycana qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununda mümkün erməni təxribatına imkan verməyəcək.

"QELEBE.AZ"un məlumatına görə, bu barədə qurumun Təhlükəsizlik Departamentinin rəhbəri Martin Fredman "fotbollskanalen.se" saytına açıqlamasında deyib.

O bildirib ki, matçın oynanılacağı "Frends Arena"da hər hansı siyasi aksiyanın təşkilinə mane olmağa çalışacaqlar: "Məndə təqribən üç həftə əvvəl bununla bağlı məlumat var idi. Həm təhlükəsizlik xidmətinin, həm də hüquq-mhüafizə orqanlarının əməkdaşları ilə danışmışıq. Bilet alışlarını yoxlayırıq. Prinsipcə, arena daxilində bu cür hərəkətləri son dərəcə məhdudlaşdırmışıq. Təfərrüata varmağa ehtiyac görmürəm".

Fredman stadionun girişində ənənəvi yoxlanış olacağını söyləyib: "Bilirsiniz ki, hər hansı banner və ya şüar yazılmış kağızları tapmaq asan deyil. Oyun vaxtı müəyyən şüarlar səsləndirilə, bu isə gərginliyi artıra bilər. Amma bunun üçün də müəyyən planımız var. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Narahatlıq üçün heç bir əsas yoxdur. Təbii ki, biz hansısa neqativ hadisənin yaşanmasını istəmirik. Amma belə bir şey baş verərsə, dərhal qarşısı alınacaq".

O, mümkün təxribatla bağlı təhlükəsizlik əməkdaşlarının sayının artırılmayacağını əlavə edib: "Buna ehtiyac görmürük. Çünki hazırkı heyət öz işinin öhdəsindən layiqincə gəlməyə qadirdir".

Qeyd edək ki, İsveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İsveçdə yaşayan ermənilərin oyun vaxtı təxribat törətmək istəmələri ilə bağlı daha əvvəl məlumat vermişik.

Futbol
Son dünya çempionu qələbə ilə başlayıb

Son dünya çempionu qələbə ilə başlayıb

Futbol
Rəşad Sadıqov “Zirə”nin futbolçusu ilə mübahisə edib

Rəşad Sadıqov “Zirə”nin futbolçusu ilə mübahisə edib

Futbol
Emin Mahmudov: "Meydanda vuruşmağa çalışacağıq"

Emin Mahmudov: "Meydanda vuruşmağa çalışacağıq"

Futbol
Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Futbol
Kadi Borges “Qarabağ”dan ayrılıb

Kadi Borges “Qarabağ”dan ayrılıb

Futbol
Argentinadakı oyunda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Argentinadakı oyunda 10 futbolçu meydandan qovulub, "Boka Xuniors" məğlub elan edilib

Futbol
"Olimpiakos" yerli müdafiəçi ilə yollarını ayırıb

"Olimpiakos" yerli müdafiəçi ilə yollarını ayırıb

Futbol
Moldova və Azərbaycan yığmalarının start heyətləri bəlli olub

Moldova və Azərbaycan yığmalarının start heyətləri bəlli olub

Futbol
"Qarabağ"ın rəqibi baş məşqçini istefaya göndərib

"Qarabağ"ın rəqibi baş məşqçini istefaya göndərib

Futbol
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə müddəti uzadılıb

Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə müddəti uzadılıb

Futbol
Murad Musayev Rusiyada oynaya biləcək azərbaycanlı futbolçuların adlarını açıqlayıb

Murad Musayev Rusiyada oynaya biləcək azərbaycanlı futbolçuların adlarını açıqlayıb

Futbol
Danimarka millisi DÇ-2022-nin Qətərdə keçirilməsinə maraqlı şəkildə etiraz edib

Danimarka millisi DÇ-2022-nin Qətərdə keçirilməsinə maraqlı şəkildə etiraz edib